Türkiyədə axtarışda olan terrorçu məhv edilib
Ankara, 30 iyun, AZƏRTAC
Türkiyədə keçirilən antiterror əməliyyatları nəticəsində daha bir təhlükəli terrorçu zərərsizləşdirilib.
AZƏRTAC xəbər verir ki, Daxili İşlər Nazirliyi tərəfindən axtarışda olan “Partizan” ləqəbli Adil Akyürək Hakkarinin Yüksekova bölgəsində məhv edilib. A.Akyürək 2018-ci il iyulun 31-də yolda partlayıcı qurğu quraşdırmaqla polis serjantı Serkan Karakayanın həyat yoldaşı Nurcan Karakayanın və 11 aylıq oğlu Bedirhan Mustafa Karakayanın ölümündə təqsirli bilinir. S.Karakayanın ailə üzvləri onu xidməti yerində ziyarət edib geri dönərkən bomba işə salınıb.
Daxili İşlər Nazirliyi terrorçunun tutulması üçün 500 min türk lirəsi (təxminən 75 min ABŞ dolları) mükafat vəd etmişdi. Terrorçunun məhv edildiyi yerdə ona məxsus çoxlu sayda silah-sursat ələ keçirilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [16:24]
Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb
- 07.10.2026 [15:41]
Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb
- 07.10.2026 [15:02]
Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb
- 07.10.2026 [15:01]
Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb
- 07.10.2026 [14:58]