Türkiyədə Azərbaycan diasporunun fəaliyyətinin gücləndirilməsinə həsr olunmuş forum keçiriləcəkdir
Bakı, 3 avqust (AZƏRTAC). Avqustun 5-dən 7-dək Türkiyənin Bodrum şəhərində “Xarici ölkələrdə yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyası: mövcud vəziyyət və perspektiv gözləntilər” mövzusunda Forum keçiriləcəkdir.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, forumda Azərbaycanın dövlət və hökumət nümayəndələri, deputatlar, dünyanın müxtəlif ölkələrində yaşayan 200-dək soydaşımız iştirak edəcəklər.
Forum çərçivəsində keçiriləcək görüşlərdə və müxtəlif panellər üzrə müzakirələrdə Rusiyada, Türkiyədə, Ukraynada, Gürcüstanda, ABŞ-da və digər dövlətlərdə olan azərbaycanlıların yaşadıqları ölkələrin cəmiyyətinə inteqrasiyası problemləri, Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsi ilə bağlı məsələlər müzakirə olunacaq, konkret təkliflər irəli sürüləcəkdir.
Bundan əlavə, forumda “Azərbaycan diasporu: ensiklopedik məlumat” toplusunun və “Dünya Azərbaycanlılarının III Qurultayı” kitab-diskinin təqdimatı, Azərbaycan incəsənət ustalarının çıxışı nəzərdə tutulmuşdur.
Forumun sonuncu günü yekun sənədlər müzakirə olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]