Türkiyədə boks üzrə beynəlxalq turnirdə iştirak edəcək millimizin heyəti açıqlanıb
Bakı, 15 mart, AZƏRTAC
Türkiyədə boks üzrə beynəlxalq yarışda iştirak edəcək komandamızın heyəti açıqlanıb.
AZƏRTAC xəbər verir ki, kişilər arasında keçiriləcək yarışda 13 idmançımız iştirak edəcək. Belə ki, Rüfət Hüseynov, Məsud Yusifzadə (hər ikisi 52 kq), Ümid Rüstəmov, Tayfur Əliyev (hər ikisi 57 kq), Cavid Çələbiyev, Ruslan Rüstəmov (hər ikisi 63 kq), Sərxan Əliyev, Lorenzo Sotomayor, Nəbi İsgəndərov (hər üçü 69 kq), Kamran Şahsuvarlı (75 kq), Alfonso Dominqes (81 kq), Osnay Benkoma (91 kq) və Məhəmməd Abdullayev (91 kq-dan yuxarı) uzun fasilədən sonra rinqə çıxacaqlar.
Türkiyədə təlim-məşq toplanışında olan kişilərdən ibarət yığmamız Kastamonu şəhərində hazırlıq keçir.
Qadın boksçulardan ibarət Azərbaycan milli komandası da Türkiyədə beynəlxalq yarışda iştirak edəcək. Baş məşqçi Elbrus Rzayevin çalışdırdığı qadınlardan ibarət komanda İstanbulda təşkil olunacaq Boğaziçi turnirinə 3 idmançı ilə yollanacaq. Qardaş ölkədəki turnirdə Məhsəti Həmzəyeva (57 kq), Məryam Cəbrayılova (69 kq) və Aynur Rzayeva (75 kq) gücünü yoxlayacaqlar.
Boğaziçi turnirində Azərbaycanı hakim kimi isə Emin Qurbanəliyev təmsil edəcək.
Martın 16-da start götürəcək və 5 gün davam edəcək yarışda 29 ölkədən 202 (128 kişi, 74 qadın) boksçunun iştirakı gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]
Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
- 07.10.2026 [16:26]
Azərbaycan Kubokunda yeni mövsüm başlayıb
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]