Türkiyənin Adana şəhərində Xocalı soyqırımına həsr olunmuş konfrans keçirilmişdir
Ankara, 26 fevral (AZƏRTAC). Türkiyənin Adana şəhərində “Qondarma “erməni soyqırımı” iddiaları və həqiqi soyqırımı olan Xocalı” mövzusunda konfrans keçirilmişdir.
Adana valisi İlhan Atışın, Ceyhan bələdiyyəsinin sədri Hüseyn Sözlünün, həmçinin Türkiyənin Aralıq dənizi bölgəsində fəaliyyət göstərən 15 dərnəyin təmsilçilərinin iştirak etdikləri konfransda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin sovet ordusunun 366-cı motoatıcı alayı ilə birlikdə Azərbaycanın Xocalı şəhərində törətdikləri vəhşiliklər qətiyyətlə pislənilmişdir.
Konfransda çıxış edən vali İlhan Atış Xocalı şəhidlərinə Allahdan rəhmət diləmiş, bu cür qətliamların bir daha təkrarlanmaması üçün türk dünyasının daim vəhdət və həmrəylik nümayiş etdirməsinin zəruriliyini vurğulamışdır.
Qardaş Kültür Dərnəkləri Topluluğunun sədri Fəhmi Arazlı, tanınmış hüquqşünas Yakub Bulud, professor Əmrulla Məmmədov Xocalı faciəsinin dəhşətli nəticələrindən bəhs etmiş, bu soyqırımı aktının Türkiyə parlamenti tərəfindən tanınmasının vacibliyini söyləmişlər.
Konfrans iştirakçıları Xocalı soyqırımını əks etdirən fotoşəkillərdən ibarət sərgi ilə də tanış olmuşlar.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]