TÜRKİYƏNİN BİNGÖL VİLAYƏTİNDƏ ZƏLZƏLƏ OLMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, oktyabrın 6-da gecə, Bakı vaxtı ilə saat 02.44 radələrində Türkiyənin Bingöl vilayəti ərazisində zəlzələ baş vermişdir. İstanbulun Kandilli seysmoloji mərkəzinin məlumatına görə, zəlzələnin gücü Rixter cədvəli ilə 3,4 bal olmuşdur. Dağıntı və tələfat yoxdur.