Türkiyənin iki şəhərində Azərbaycanın investisiya imkanları təqdim ediləcək
Ankara, 6 iyun, AZƏRTAC
Mayın 10-11-də Türkiyənin Erzincan və Erzurum şəhərlərində “Azərbaycanda investisiyalar və biznes imkanları” mövzusunda tədbirlər keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbirlərin təşəbbüskarı ölkəmizin Türkiyədəki Ticarət Nümayəndəliyidir.
Təşəbbüs Azərbaycanın Qarsdakı baş konsulluğu tərəfindən fəal şəkildə dəstəklənəcək.
Tədbirlərin birincisi mayın 10-da Erzurum Ticarət və Sənaye Palatasının binasında baş tutacaq. Ertəsi gün isə Erzincanda ölkəmizin investisiya imkanlarının təqdimatı nəzərdə tutulub.
Video təqdimatların, həmçinin Azərbaycanın Türkiyədəki ticarət nümayəndəsi Tamerlan Tağıyevin, ölkəmizin Qarsdakı baş konsulu Zamin Əliyevin, eləcə də ticarət və sənaye palatalarının rəhbərlərinin çıxışları planlaşdırılır.
Xatırladaq ki, daha əvvəl Türkiyənin İğdır, Bursa, Afyonkarahisar və digər şəhərlərində Azərbaycanın iqtisadi imkanları mövzusunda tədbirlər və dəyirmi masalar keçirilib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:33]