Türkiyənin “Kanal A” televiziyası Azərbaycanın Xaçmaz rayonundan reportaj yayımlamışdır VİDEO
İstanbul, 19 aprel (AZƏRTAC). Türkiyənin “Kanal A” televiziyası aprelin 19-da səhər saatlarında Azərbaycan Respublikasının Xaçmaz rayonundan geniş reportaj yayımlamışdır.
Reportajda 2013-cü il üçün “Azərbaycanın əfsanələr paytaxtı” seçilmiş Xaçmazın tarixi, müasir inkişaf istiqamətləri, muzeyləri, təbiət abidələri, yerli əhalinin maraqlı rəvayətləri və s. barədə ətraflı məlumat verilmişdir.
Reportajda çoxsaylı faktlarla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının dövlətçilik tarixində regionların sosial-iqtisadi inkişafının müasir dövrü bütün ölkələr üçün nümunədir. Diqqətə çatdırılmışdır ki, müxtəlif dövrlərdə Azərbaycan tarixinin unutdurulması cəhdlərinə baxmayaraq, müstəqil dövlət quruculuğu prosesini əzmlə inkişaf etdirən Azərbaycan xalqı bütün sərvətlərinə, o cümlədən mədəni irsinə sahibdir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul