TÜRKPA missiyası Qırğız Respublikasında parlament seçkilərini müşahidə edəcək
Bakı, 25 noyabr, AZƏRTAC
Noyabrın 28-də Qırğız Respublikasında parlament seçkiləri keçiriləcək. Azərbaycan, Qazaxıstan və Türkiyədən olan parlamentarilər və TÜRKPA Katibliyinin nümayəndələrindən ibarət TÜRKPA Seçki Müşahidə Missiyası seçkilərinin müşahidəsində iştirak edəcək.
TÜRKPA-nın Beynəlxalq Katibliyindən AZƏRTAC-a bildirilib ki, missiyanın müşahidə proqramı çərçivəsində rəsmi şəxslərlə, həmçinin seçkilərdə iştirak edən siyasi partiyaların nümayəndələri ilə görüşlər keçirməsi gözlənilir. Seçki günü TÜRKPA müşahidəçiləri səsvermə prosesini izləmək məqsədilə seçki məntəqələrində olacaqlar.
Missiya müşahidə işinin ilkin nəticələrinə dair mətbuat konfransı keçirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [15:24]
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər inkişaf etdirilir
- 16.06.2026 [14:56]
Türk ekspert: Şuşa Bəyannaməsi təhdidlərə qarşı səmərəli mexanizmdir
- 16.06.2026 [14:04]
Baş nazir Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir
- 16.06.2026 [13:40]