U-17 futbolçularımızın Şotlandiya millisini məğlub etmələri yüksək qiymətləndirilib
Bakı, 12 may, AZƏRTAC
On yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının “UEFA U-17” Avropa çempionatında Şotlandiya komandasına 1:0 hesabı ilə qalib gəldiyi oyundan sonra gənclər və idman naziri Azad Rəhimov və AFFA-nın prezidenti Rövnəq Abdullayev yığmamızın üzvləri ilə görüşüblər.
AFFA-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə R.Abdullayev və A.Rəhimov qələbə münasibətilə futbolçularımızı təbrik ediblər. Nazir və AFFA prezidenti ilk oyundakı böyük hesablı məğlubiyyətdən sonra özündə güc taparaq əzmkar mübarizə aparan, psixoloji çətinliklərin öhdəsindən uğurla gələrək növbəti oyunlarda bir heç-heçə və bir qələbə qazanan yığmamızın üzvlərinə təşəkkür edib, gələcək turnirlərdə uğurlar arzulayıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [18:56]
“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub
- 14.10.2026 [18:44]
“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]