ÜAK MƏRKƏZİ ŞURASININ SANKT-PETERBURQDA İCLASI KEÇİRİLMİŞDİR
ÜAK-ın prezidenti Məmməd Əliyevin sədrliyi ilə keçirilən iclasda “Regional bölmələrin və dairə şuralarının Konqresin II qurultayının qərarları ilə əlaqədar təşkilatlanmanın daha da möhkəmləndirilməsi istiqamətində vəzifələri haqqında” məsələ müzakirə olunmuşdur. M.Əliyevin məruzəsi dinlənilmiş, sonra çıxış edənlər Azərbaycan diasporunun bütün şöbələri qarşısında duran vacib vəzifələrdən və perspektiv planlardan danışmışlar.
Konqresin işində Sankt-Peterburqun vitse-qubernatoru V.Lobko, kinorejissor Y.Qusman, Rusiyanın bütün regionlarından diasporun regional və dairə şuralarının nümayəndələri, habelə Azərbaycan Gənclərini Əlaqələndirmə Şurasının təmsilçiləri iştirak etmişlər.
İclasda təşkilat məsələlərinə də baxılmışdır. Sankt-Peterburq azərbaycanlıları milli-mədəni muxtariyyətinin sədri Vaqif Məmişov və ÜAK Volqaboyu dairə şurasının sədri Elşad Həsənov Konqresin vitse-prezidentləri, ÜAK aparatının icraçı direktoru Eldar Quliyev və icraçı direktorun birinci müavini Gündüz Həmzəyev Konqresin Rəyasət heyətinin üzvü seçilmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]