ÜAK MƏRKƏZİ ŞURASININ ÜÇÜNCÜ İCLASININ YEKUNLARI
E.Quliyev bildirmişdir ki, Mərkəzi Şura üzvlərinin Rusiyanın şimal paytaxtındakı görüşü Konqresin 5-ci ildönümü ilə bir vaxta düşmüşdür. Konqres bu müddət ərzində Rusiya azərbaycanlılarının çoxüzvlü və nüfuzlu təşkilatı kimi təşəkkül tapmış, ölkənin ictimai həyatında layiqli yer tutmuşdur. Eyni zamanda, yeni regional bölmələrin yaradılması üçün intensiv iş gedir, federal dairələrin fəaliyyəti müzakirə olunur, təşkilati və mədəni-maarif işlərinin təcrübəsi, gənclərin ÜAK-ın fəaliyyətinə daha geniş cəlb olunması məsələsi ümumiləşdirilir. ÜAK-ın prezidenti Məmməd Əliyevin məruzəsində qeyd olunmuşdur ki, iki il əvvəl cəmi 3 dairə şurası var idisə, hazırda 6 birlik yaradılmışdır. Birləşmə prosesi ilə yanaşı, iş optimallaşdırmaq prosesi də gedir. İndi artıq dairə şuralarının fəaliyyətinin geniş imkanlarından və onların zəngin potensialından danışmaq olar.
E.Quliyev Konqresin perspektiv planlarına toxunaraq demişdir ki, iclasda gənclərin diasporun həyatına cəlb olunması işinin fəallaşdırılması, tələbələrin Rusiya ali məktəblərinə qəbulu praktikasının davam etdirilməsi və Rusiya Elmlər Akademiyasının elmi bölmələri ilə əməkdaşlıq məsələləri iclasda ciddi qoyulmuşdur. Keçmiş SSRİ icmalarından ibarət “Xalqlar dostluğu” assosiasiyasının yaradılmasının vacibliyi və digər məsələlər xüsusi vurğulanmışdır.