UEFA Avropa Liqası: “Zirə” səfərdə “Astra” ilə qarşılaşacaq
Bakı, 13 iyul, AZƏRTAC
Bu gün Bakının “Zirə” futbol klubu UEFA Avropa Liqası yarışlarında növbəti oyununu keçirəcək.
AZƏRTAC xəbər verir ki, Bakı təmsilçisi turnirin ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Rumıniyada yerli “Astra” komandasının qonağı olacaq.
Giurgiu şəhərindəki Marin Anastasoviçi stadionunda keçiriləcək oyunu belaruslu hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Sergey Sinkeviç olacaq. Ona həmyerliləri Yevgeni Romanov və Vitali Malyutsin kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Viktor Şimusik yerinə yetirəcək.
Görüşün UEFA nümayəndəsi bolqarıstanlı İvan Borissov Lekov, hakim-inspektoru isə çexiyalı İrji Ulrix olacaq.
Qeyd edək ki, “Zirə” turnirin birinci təsnifat mərhələsində Lüksemburqun “Differdange” komandasından üstün olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [15:36]
Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO
- 29.09.2026 [14:43]
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO
- 29.09.2026 [12:56]