“UEFA U-17” Avropa çempionatı: “Dalğa Arena”da oynanılacaq yarımfinal matçları müəyyənləşib
Bakı, 12 may, AZƏRTAC
Paytaxtımızda keçirilən 17 yaşadək futbolçular arasında Avropa çempionatında iki qrupun oyunları başa çatıb.
AZƏRTAC xəbər verir ki, artıq ilk dörddəbir finalçı cütlüklər də müəyyənləşib.
Azərbaycan yığmasının da yer aldığı “A” qrupunu lider kimi tamamlayan Portuqaliya millisi növbəti mərhələdə “B” qrupunun ikincisi Avstriyaya rəqib olub. Komandamızın bərabərə qaldığı Belçika yığması isə ikinci yeri tutduğundan digər qrupun birincisi olan Almaniya ilə üz-üzə gələcək. Hər iki qarşılaşma mayın 14-də “Dalğa Arena”da oynanılacaq. Portuqaliya-Avstriya matçı saat 15:00-da keçiriləcək. Saat 20:00-da isə Almaniya ilə Belçika komandaları üz-üzə gələcəklər.
Bu gün “C” və “D” qruplarında keçiriləcək oyunlarla digər dörddəbir finalçılar da bəlli olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [18:56]
“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub
- 14.10.2026 [18:44]
“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]