Uelsdə güclü qasırğa səbəbindən fövqəladə vəziyyət elan edilib
London, 15 noyabr, AZƏRTAC
Uelsin cənub-şərqində yerləşən Monmut şəhərində “Klaudiya” qasırğasının yaratdığı güclü və genişmiqyaslı daşqınlar səbəbindən fövqəladə vəziyyət elan edilib.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, qərarın verilməsindən sonra xilasedicilər evakuasiya, xilasetmə əməliyyatları və sakinlərlə bağlı təhlükəsizlik yoxlamaları aparırlar. Böyük Britaniyada həftəsonu yağışlı hava şəraitinin davam edəcəyi, gələn həftə isə kəskin soyuq havanın gözlənildiyi bildirilir. İngiltərə üzrə təxminən 50 daşqın xəbərdarlığı, Uels üzrə isə 9 xəbərdarlıq qüvvədədir.
Monnou çayının daşması nəticəsində Monmut şəhər mərkəzində bir çox ev və iş yeri su altında qalıb. Yerli sakinlərin bir hissəsi həyat üçün təhlükə xəbərdarlıqları fonunda şəhər kitabxanasına təxliyə edilib.
Şəhər üzrə deputat Martin Nyuel bunu son 20–30 ildə Monmutda müşahidə olunan ən ağır vəziyyət adlandıraraq, zərərçəkənlər üçün son dərəcə kədərləndiyini deyib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [17:13]
Avropada qazın qiyməti 3 həftənin minimumuna enib
- 22.09.2026 [17:09]
Stokholmda bir milyon kron dəyərində park skamyaları oğurlanıb
- 22.09.2026 [16:51]
Alimlər Marsın erkən dövründə suyun mürəkkəb tarixini üzə çıxarıblar
- 22.09.2026 [16:48]
Yunanıstan Egey dənizinin cənub-şərqində dron uçuşlarını qadağan edib
- 22.09.2026 [16:36]