UGİM komandası xatirə turnirinin qalibi olub
Bakı, 13 may, AZƏRTAC
AFFA-nın və Gənclər və İdman Nazirliyinin dəstəyi, Şimal-Qərb Futbol Federasiyasının təşkılatçılığı ilə Əməkdar məşqçisi Baba Mustafayevin xatirəsinə həsr olunmuş turnir keçirilib.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda turnirin final oyunu təşkil olunub.
Həlledici oyunda “Uğur” komandasını məğlub edən UGİM-in kollektivi xatirə turnirinin qalibi olub.
Yarışda müxtəlif nominasiyalar üzrə - “Ən yaxşı müdafiəçi”, “Ən yaxşı qapıçı” və “Ən yaxşı hücumçu” oyunçulara mükafatlar təqdim olunub.