Ukrayna Belarusla sərhəd ərazilərində təhlükəsizlik tədbirlərini gücləndirir
Kiyev, 1 iyul, AZƏRTAC
Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə Silahlı Qüvvələrin Ali Baş Komandanlığının qərargah iclasında Ukraynanın şimal ərazilərində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə qərar qəbul edilib.
AZƏRTAC xəbər verir ki, iclasda ayrı-ayrılıqda Baş Kəşfiyyat İdarəsinin, Xarici Kəşfiyyat Xidmətinin, Ukrayna Təhlükəsizlik Xidmətinin və Dövlət Sərhəd Xidmətinin rəhbərlərinin Belarusla sərhəddəki vəziyyətlə bağlı hesabatı dinlənilib.
İclasda Volodimir Zelenski güc strukturlarının rəhbərlərinə ölkənin şimal sərhədlərinin gücləndirilməsi ilə bağlı tapşırıq verib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:52]
Fransada lisey şagirdlərinin etirazları genişlənir
- 29.09.2026 [13:50]
Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib
- 29.09.2026 [13:23]
Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO
- 29.09.2026 [12:39]