Ukrayna dövləti Gürcüstanın “Georgian Airways” şirkətinə qarşı sanksiyalar tətbiq edib
Tbilisi, 1 iyul, AZƏRTAC
Ukrayna Prezidenti Volodimir Zelenskinin fərmanına əsasən, Rusiya Federasiyası ilə birbaşa uçuşları bərpa edən “Georgian Airways” şirkətinə qarşı sanksiyalar tətbiq edilib.
AZƏRTAC xəbər verir ki, aviaşirkətin təsisçisi Tamaz Qayaşviliyə də şəxsi sanksiyalar tətbiq olunub.
Bildirilir ki, tətbiq olunan məhdudiyyətlər paketində aktivlərin bloklanması, ticarət əməliyyatlarının, uçuşların və Ukrayna ərazisindən tranzitin, iqtisadi və maliyyə öhdəliklərinin dayandırılması, lisenziyaların və digər icazələrin ləğvi nəzərdə tutulur.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:52]
Fransada lisey şagirdlərinin etirazları genişlənir
- 29.09.2026 [13:50]
Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib
- 29.09.2026 [13:23]
Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO
- 29.09.2026 [12:39]