Ukrayna Müdafiə Nazirliyi F-16 təyyarəsinin qəzaya uğradığını təsdiqləyib
Kiyev, 29 avqust, AZƏRTAC
Ukrayna Silahlı Qüvvələri avqustun 26-da Rusiyanın hava hücumunu dəf etmək üçün F-16 qırıcılarından istifadə edib. Növbəti hədəfə yaxınlaşma zamanı təyyarələrdən biri ilə əlaqə kəsilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, hava döyüşü zamanı F-16 təyyarələri öz yüksək effektivliyini nümayiş etdirib. Lakin növbəti hədəfə yaxınlaşma zamanı təyyarələrdən biri ilə əlaqə kəsilib. Sonradan məlum olub ki, təyyarə qəzaya uğrayıb və pilot həlak olub.
"Qəzanın səbəblərini müəyyən etmək üçün Müdafiə Nazirliyinin xüsusi komissiyası hadisə yerində işləyir", - deyə məlumatda bildirilir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [21:21]
İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb
- 14.10.2026 [21:20]
Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır
- 14.10.2026 [20:22]
Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı
- 14.10.2026 [20:20]
Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər
- 14.10.2026 [19:57]
“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur
- 14.10.2026 [18:55]