Ukrayna və Rusiya İstanbul razılaşmalarını aktivləşdirmək barədə razılığa gəlib
Kiyev, 15 noyabr, AZƏRTAC
Ukrayna və Rusiya arasında aparılan danışıqlardan sonra tərəflər İstanbul razılaşmalarını aktivləşdirmək və 1200 ukraynalı əsiri azad etmək barədə razılığa gəliblər.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov “Telegram” səhifəsində məlumat verib.
"Ukrayna Prezidentinin göstərişi ilə mən bu yaxınlarda Türkiyə və Birləşmiş Ərəb Əmirliklərindəki tərəfdaşların vasitəçiliyi ilə mübadilə prosesinin bərpası və əsirlərimizin azad edilməsi ilə bağlı məsləhətləşmələr apardım", - deyə Umerov qeyd edib.
Danışıqlar nəticəsində tərəflər İstanbul razılaşmalarını aktivləşdirmək barədə razılığa gəliblər: "Söhbət 1200 ukraynalının azad edilməsindən gedir",-deyə Umerov vurğulayıb.
Tezliklə texniki məsləhətləşmələr keçiriləcək. Tərəflər bütün prosedur və təşkilati məsələləri yekunlaşdırmalıdır.
"Biz əsirlikdən qayıtması planlaşdırılan ukraynalıların Yeni il və Milad bayramlarını evdə - ailə süfrəsində, yaxınları ilə birlikdə qeyd etmələri üçün dayanmadan çalışırıq", - deyə Umerov vurğulayıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [17:13]
Avropada qazın qiyməti 3 həftənin minimumuna enib
- 22.09.2026 [17:09]
Stokholmda bir milyon kron dəyərində park skamyaları oğurlanıb
- 22.09.2026 [16:51]
Alimlər Marsın erkən dövründə suyun mürəkkəb tarixini üzə çıxarıblar
- 22.09.2026 [16:48]
Yunanıstan Egey dənizinin cənub-şərqində dron uçuşlarını qadağan edib
- 22.09.2026 [16:36]