Ukrayna xaricdə qalan vətəndaşları üçün sərhədləri tam bağlayır
Kiyev, 27 mart, AZƏRTAC
Martın 27-dən Ukrayna xaricdə qalan vətəndaşları üçün də sərhədləri tam bağlayır. Buna səbəb koronavirus infeksiyasının sürətlə yayılmasıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə videomüraciətində Ukrayna Prezidenti Vladimir Zelenski məlumat verib.
Prezidentin sözlərinə görə, xaricdə qalan Ukrayna vətəndaşları ilə diplomatlar məşğul olacaq.
“Martın 27-sinin sonundan Ukrayna sərhədləri tam bağlanacaq. İki həftə öncə vətəndaşlarımıza təcili qayıtmaqla bağlı müraciət etmişdim. Bu müraciətdən sonra əksəriyyəti öz təşəbbüsü ilə vətənə qayıtdı. 80 min ukraynalını isə dövlət evlərinə qaytardı”, - deyə Prezident əlavə edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [21:21]
İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb
- 14.10.2026 [21:20]
Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır
- 14.10.2026 [20:22]
Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı
- 14.10.2026 [20:20]
Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər
- 14.10.2026 [19:57]
“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur
- 14.10.2026 [18:55]