Ukraynada koronavirusa yoluxma və bu xəstəlikdən ölüm halları artıb
Kiyev, 3 mart, AZƏRTAC
Ukraynada son sutka ərzində 7235 nəfər koronavirusa yoluxub ki, bu da son günlərin yuxarı göstəricisidir. Bu virusa ən çox yoluxma İvano-Frankovsk və Jitomir vilayətlərində qeydə alınıb. Son sutkada koronavirusa yoluxanların 3486-sı xəstəxanaya yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Səhiyyə Nazirliyinin məlumatında qeyd edilir.
Ötən gün ölkədə koronavirusdan ölənlərin sayında da artım qeydə alınıb. Belə ki, son sutkada Ukraynada 185 nəfər bu xəstəlikdən həyatını itirib.
Martın 2-nə olan vəziyyətə görə, Ukraynada 1 milyon 364 min 705 yoluxma faktı təsdiqlənib, 1 milyon 182 min 036 nəfər müalicə olunaraq sağalıb. Pandemiya dövründə koronavirusdan ölənlərin sayı 26 min 397 nəfərdir.
Ukrayna hökuməti koronavirusa yoluxma hallarının artdığı üçün vilayətlərdəki göstəricilərə əsasən karantin rejimini sərtləşdirib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [16:48]
Yunanıstan Egey dənizinin cənub-şərqində dron uçuşlarını qadağan edib
- 22.09.2026 [16:36]
BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi Nyu-Yorkda başlayır
- 22.09.2026 [16:33]
Rumıniya Aİ-də benzinin ən çox bahalaşdığı ölkələr sırasındadır
- 22.09.2026 [16:32]
Rubio: Tramp İran Prezidenti ilə görüşə açıqdır
- 22.09.2026 [16:18]
Rumıniya neft tələbatının 77 faizini idxal hesabına ödəyir
- 22.09.2026 [16:05]