Ukraynada son sutkada koronavirusdan ölüm hallarında yeni antirekord qeydə alınıb
Kiyev, 10 oktyabr, AZƏRTAC
Ukraynada son sutka ərzində koronavirusdan ölüm hallarında yeni antirekord qeydə alınıb.
AZƏRTAC Ukrayna Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, ötən gün ölkədə 5728 nəfər koronavirusa yoluxub, 108 nəfər isə həyatını itirib. Ən çox yoluxma halları Kiyev, Odessa və Xarkov vilayətlərində qeydə alınıb.
Bununla da ölkədə koronavirusa yoluxanların sayı 256 min 266 nəfərə çatıb. Bu infeksiyadan ölənlərin ümumi sayı 4887 nəfərdir, 112 min 570 min xəstə isə sağalaraq evə buraxılıb.
Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti noyabra qədər uzadılıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [17:13]
Avropada qazın qiyməti 3 həftənin minimumuna enib
- 22.09.2026 [17:09]
Stokholmda bir milyon kron dəyərində park skamyaları oğurlanıb
- 22.09.2026 [16:51]
Alimlər Marsın erkən dövründə suyun mürəkkəb tarixini üzə çıxarıblar
- 22.09.2026 [16:48]