Ulu öndər Heydər Əliyevin tarixi missiyası Azərbaycanın və Türkiyənin inkişaf yoluna işıq salıb
İğdır, 5 may, AZƏRTAC
Türkiyənin İğdır şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən böyük toplantı keçirilib.
Azərbaycanın Qarsdakı baş konsulluğunun təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə Heydər Əliyev Parkını ziyarət ediblər.
Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.
Sonra tədbir İğdırdakı Heydər Əliyev Liseyində davam edib.
Ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunandan sonra Ulu Öndərimizin həyat və fəaliyyətinə dair sənədli film nümayiş etdirilib.
Baş konsul Nuru Quliyev, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil üzrə müşaviri Nəcibə Nəsibova, İğdır valisinin müavini Harun Yucel və digərləri çıxış ediblər. Onlar ümummilli lider Heydər Əliyevin mənalı həyat və fəaliyyətindən, Azərbaycan və Türkiyə qarşısındakı əvəzsiz xidmətlərindən, müəyyən etdiyi inkişaf strategiyasının perspektivlərindən danışıblar. Diqqətə çatdırılıb ki, ulu öndər Heydər Əliyevin tarixi missiyası Azərbaycan və Türkiyənin inkişaf yoluna işıq salıb.
Toplantıda rəsmi şəxslər, Heydər Əliyev Liseyinin kollektivi, yerli ictimaiyyətin tanınmış nümayəndələri, QHT və KİV təmsilçiləri iştirak ediblər.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İğdır
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [17:17]
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb
- 14.10.2026 [16:16]
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
- 14.10.2026 [15:52]
Laos AQEM-ə üzv olmaq üçün təsisedici sənədləri imzalayıb
- 14.10.2026 [14:32]
Kamboca Krallığının Baş naziri Milli Məclisdə olub
- 14.10.2026 [14:30]
Baş nazir Əli Əsədov Laosun Prezidenti Thonqlun Sisulitlə görüşüb
- 14.10.2026 [13:40]