ÜMUMMİLLİ LİDERİMİZƏ HƏSR OLUNMUŞ GUŞƏ YARADILMIŞDIR
Bakı Asiya Universitetində xalqımızın ümummilli lideri, dünya şöhrətli siyasətçi, Prezident Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş xüsusi guşə yaradılmışdır.
Guşədə türk dünyasının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin elm və təhsil işçiləri, xarici qonaqlarla keçirdiyi görüşləri əks etdirən fotoşəkillər, ulu öndərimizin həyat və fəaliyyətindən bəhs edən kitablar toplanmışdır.