Ümumrusiya Azərbaycan Konqresinin prezidenti Məmməd Əliyev Ulyanovsk vilayətində olmuşdur
Moskva, 14 sentyabr (AZƏRTAC). Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) prezidenti, akademik Məmməd Əliyev Ulyanovsk vilayətində “Ekoloji fiziologiya və təbabət: elm, təhsil, əhalinin sağlamlığı” mövzusunda Ümumrusiya elmi konfransda iştirak etmişdir. Rusiya Elmlər Akademiyasının (REA) Fiziologiya və fundamental təbabət bölməsi və Ulyanovsk Dövlət Universiteti tərəfindən təşkil edilmiş konfransda vilayətin qubernatoru Sergey Morozov, REA-nın vitse-prezidentləri, A.Qriqoryev və N.Laverov, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru V.Sadovniçi və Rusiyanın digər görkəmli alimləri, elm və təhsil işçiləri iştirak etmişlər.
ÜAK-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tanınmış onkoloq alim, Rusiya Tibb Elmləri Akademiyasının (RTEA) və REA-nın akademiki Məmməd Əliyev ikinci plenar iclasda “Təbabətin qlobal problemləri. Onkologiya: dünən, bu gün, sabah” mövzusunda məruzə ilə çıxış etmişdir.
Həmin gün Məmməd Əliyev ÜAK-ın Ulyanovsk vilayətindəki regional bölməsinin rəhbəri İslam Hüseynovla birlikdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəsti qoymuşdur. Sonra ÜAK-ın başçısı Ulyanovsk şəhərində Heydər Əliyev Fondu tərəfindən 2010-cu ildə bərpa edilmiş 78 nömrəli orta ümumtəhsil məktəbində Azərbaycan diasporunun nümayəndələri ilə görüşmüşdür. M.Əliyev konqresin fəaliyyətindən və planlarından danışmış, həmvətənlərimizin suallarına cavab vermişdir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [13:48]
Almaniyada 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir
- 06.06.2026 [14:54]
Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub
- 04.06.2026 [16:03]
Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb
- 03.06.2026 [13:06]
Azərbaycanın Müstəqillik Günü Kiryat-Yamda da qeyd edilib
- 02.06.2026 [19:28]
İsveçdə Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
- 26.05.2026 [19:44]