Ümumrusiya Azərbaycan Konqresinin Ulyanovsk regional bölməsinin sədrinə sui-qəsd edilmişdir
Moskva, 11 sentyabr (AZƏRTAC). Ulyanovsk şəhərinin mərkəzində, Lenin küçəsində Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Ulyanovsk regional bölməsinin sədri İslam Hüseynova sui-qəsd edilmişdir.
ÜAK-ın baş katibi Mikayıl Hüseynov Ulyanovsk regional bölməsinin sədrinə sui-qəsd haqqında informasiyanı təsdiqləyərək qeyd etmişdir ki, bu hadisə Konqresin rəhbərliyinin diqqət mərkəzindədir və ÜAK həmin sui-qəsdin səbəblərini diqqətlə araşdırmaq xahişi ilə istintaq orqanlarına müraciət etmişdir. M.Hüseynov qeyd etmişdir ki, İslam Hüseynovla telefon əlaqəsi saxlamışdır. Hüseynovun aldığı yaraların həyatı təhlükəsi yoxdur, lakin onun mühafizəçisi həlak olmuşdur.
Hazırda hadisə yerində operativ istintaq qrupu işləyir. Hüquq mühafizə orqanlarının nümayəndələri hadisə barədə informasiya toplayırlar. Hadisənin təfərrüatı sonradan açıqlanacaqdır.
İslam Hüseynov 2005-ci ildən ÜAK-ın Ulyanovsk bölməsinin sədridir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]