Azərbaycan Dövlət İnformasiya Agentliyi

UNFPA rəsmisi : Azərbaycan hökuməti gender əsaslı zorakılıqla mübarizədə qətiyyətli mövqeyə malikdir - MÜSAHİBƏ

Bakı, 19 dekabr, AZƏRTAC

BMT-nin Əhali Fondunun (UNFPA) Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional ofisinin rəhbəri Florens Bauer bu günlərdə Azərbaycanda səfərdə olub. Səfərin yekunlarına dair o AZƏRTAC-ın suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.

- BMT-nin Əhali Fondunun ümumi fəaliyyəti nədən ibarətdir? Təşkilat Azərbaycanda hansı istiqamətlər üzrə fəaliyyət göstərir?

- BMT-nin Əhali Fondu (UNFPA) Birləşmiş Millətlər Təşkilatının cinsi və reproduktiv sağlamlıq üzrə ixtisaslaşan agentliyidir. Təşkilat gender bərabərliyini təşviq etmək və qadınları, qızları və gəncləri öz həyatı və gələcəklərinə dair qərarlar verə bilmələri üçün səlahiyyətləndirmək məqsədilə 150-dən çox ölkədə fəaliyyət göstərir. Fəaliyyətimizin əsas məqsədi hər kəsin ailə planlanmasına çıxışını təmin etmək, qarşısı alına bilən ana ölümlərinə və gender əsaslı zorakılığa (GƏZ) son qoymaqdan ibarətdir. UNFPA, həmçinin demoqrafik dəyişikliyin idarə olunması və həllində ölkələrə dəstək göstərir.

BMT-nin Əhali Fondu Azərbaycanda 1994-cü ildə fəaliyyətə başlayıb və buradakı fəaliyyəti başlıca olaraq gender əsaslı zorakılıqla, eləcə də Azərbaycanda kifayət qədər yayılmış olan oğlanlara üstünlük verilməsi və gender əsaslı cinsi seçimi kimi zərərli təcrübələrlə mübarizəyə yönəlib. Agentlik, həmçinin əhalinin yaşlanması, gənclərin iştirakçılığı, reproduktiv sağlamlıq və ana ölümlərinin azaldılması kimi demoqrafik çağırışların həllində hökumətə dəstək verir. Bakı şəhərində yerləşən ölkə ofisimiz aparıcı hökumət qurumları, vətəndaş cəmiyyəti təşkilatları, elmi dairələr və KİV-lə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərir.

- Sizin səfəriniz məhz Azərbaycanla yanaşı bütün dünyada qeyd olunan “Gender əsaslı zorakılıqla mübarizəyə həsr olunmuş 16 Günlük Fəallıq” kampaniyasının davam etdiyi dövrə təsadüf edir. BMT-nin Əhali Fondu Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə istiqamətində həyata keçirilən işlərə necə töhfə verir?

- Gender əsaslı zorakılığa qarşı 16 Günlük Fəallıq kampaniyası qadınlara qarşı zorakılığın müxtəlif formalarının nə qədər geniş yayıldığını özümüzə xatırlatmaq və zorakılığın bütün növlərinin kökünü kəsməklə bağlı üzərimizə düşən öhdəliklərə sadiqliyimizi bir daha vurğulamaq üçün əlverişli imkandır. Şərqi Avropa regionunda hər üç qadından biri fiziki və ya cinsi zorakılığa məruz qalır və əgər buraya psixoloji və iqtisadi zorakılıq kimi digər zorakılıq növləri də əlavə edilsə, qadınların demək olar ki, dörddə üçü bundan əziyyət çəkir. Və bu rəqəm hələ erkən nikah, oğlan uşağına üstünlüyün verilməsi və gender əsaslı cinsi seçimi kimi zərərli təcrübələri ehtiva etmir. Bu səbəbdən, gender əsaslı zorakılıqdan danışarkən mən onu səssiz epidemiya adlandırardım, çünki GƏZ dünyanın hər yerində baş verir və əfsuslar olsun ki, GƏZ-lə üzləşən və onun qurbanları olan şəxslər əsas etibarilə məhz qadınlar və qızlardır.

Gender əsaslı zorakılıq bir çox hallarda sözün əsl mənasında həyatları məhv edir - qadınların indiki və ya keçmiş partnyorları tərəfindən öldürüldüyü ilə bağlı dəhşətli xəbər və hekayələri zaman-zaman hər birimiz eşidirik. Öldürücü olmadığı hallarda belə, zorakılıq qadınların həyatı və sağlamlığına böyük təhlükələr yaradır, eyni zamanda, icmalara və bütövlükdə cəmiyyətə mənfi təsir göstərir. Dəlillər onu deməyə əsas verir ki, gender əsaslı zorakılıq səhiyyə ilə bağlı yüksək xərclər və iqtisadi məhsuldarlığın itirilməsi səbəbindən ölkələrin ÜDM-nə də təsirsiz ötüşmür.

Bu səbəbdən, BMT-nin Əhali Fondu qlobal miqyasda gender əsaslı zorakılığın qarşısının alınması və zorakılıqla üzləşmiş şəxslərə dəstək göstərilməsi üzrə səylərin ön sıralarında yer alır.

Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə UNFPA-nın milli tərəfdaşları, o cümlədən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə fəaliyyətinin prioritet istiqamətlərindən biridir. Azərbaycan hökuməti gender əsaslı zorakılıqla mübarizədə qətiyyətli mövqeyə malikdir və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən, mənim də iştirak etdiyim “Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda beynəlxalq konfrans bu mövqenin bariz göstəricisidir.

Biz indiyədək Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə sahəsində həyata keçirilən geniş spektrli təşəbbüslərə öz dəstəyimizi vermişik. Bu sırada GƏZ-dən zərər çəkmiş şəxslər üçün yaradılmış 860 nömrəli dəstək xəttini, eləcə də GƏZ-lə bağlı mövcud keys idarəetmə sisteminin gücləndirilməsi üzrə yeni 4 illik layihəmizi vurğulamaq yerinə düşər. Sözügedən layihə GƏZ-dən zərər çəkmiş şəxslər üçün nəzərdə tutulan xidmətlərdən istifadənin genişlənməsini, GƏZ-lə bağlı ictimai məlumatlılıq səviyyəsinin artırılmasını və ölkədə qadınlara və qızlara qarşı zorakılığın azaldılması və qarşısının alınmasına töhfə verməyi nəzərdə tutur.

- Azərbaycanda gender əsaslı cins seçimi - selektiv abortlarla bağlı son rəsmi statistika cinsə görə nisbətin 4 vahid azalaraq yeni doğulmuş hər 100 qıza 112 oğlan uşağının düşdüyünü göstərir. Gender əsaslı cins seçimi ilə mübarizə, qız uşaqlarının dəyərinin artırılması istiqamətlərində Azərbaycanda hansı layihələri həyata keçirirsiniz?

- Doğru qeyd etdiniz, Azərbaycanda və regionun bəzi digər ölkələrində yenidoğulmuşların cins nisbətinin pozulması müşahidə olunur və UNFPA olaraq bununla bağlı narahatlığı bölüşürük. Əslində bu natarazlıq qadınlara və qızlara qarşı ayrı-seçkiliyin edilməsinə şərait yaradan dərin kök salmış qərəzli sosial normalardan qaynaqlanır. Gender əsaslı cins seçiminin arxasında məhz bu zərərli sosial normalar və qadınlara və qızlara qarşı ayrı-seçkilik durur. Bunun öhdəsindən gəlmək üçün məsələyə əhatəli şəkildə yanaşmağımız lazımdır - buraya qadın və qızlar üçün bərabər hüquqların təşviqinə şərait yaradan qanun və hüquqi çərçivələrin yerində olması, eləcə də əhali ilə, xüsusən kişi əhali qrupları ilə maarifləndirici işin aparılması daxildir.

Son rəsmi statistikaya əsasən, Azərbaycanda yenidoğulmuşların cins nisbətində natarazlığın azaldığını görmək ümidvericidir, eyni zamanda, bu müsbət tendensiyanın dayanıqlı olduğundan əmin olmaq üçün bir qədər daha gözləməyimiz lazımdır, lakin ümumilikdə Azərbaycan hələ də dünyada yenidoğulmuşların cins nisbətinin ən çox pozulduğu ölkələr sırasındadır. Agentliyimiz 10 ildən artıqdır ki, gender əsaslı cins seçimi və oğlan uşağına üstünlük verilməsinin aradan qaldırılması və qızların dəyərinin təşviq edilməsi üzərində Azərbaycan hökuməti ilə birgə işləyir. Bu sahədə hökumətlə əməkdaşlığımızın əsas nailiyyətlərindən biri “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nın hazırlanması və qəbul edilməsi olmuşdur.

UNFPA ölkə ofisi, həmçinin Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Cənubi Qafqazda gender əsaslı cins seçimi və digər zərərli təcrübələrin aradan qaldırılması” proqramının ikinci fazasının icrasını yenicə başa vurmuşdur. Bu 3 illik proqram ölkə daxilində həyata keçirilən çoxsaylı maarifləndirmə və təşviqat fəaliyyətlərindən ibarət idi. Bu məqamda mən Azərbaycanda əldə etdiyimiz qürurverici nailiyyətlərimizdən biri olan “Atalar məktəbi” layihəsi haqda danışmaq istərdim. Məsuliyyətli atalıq konsepsiyası üzərində qurulan atalar məktəbləri ümumilikdə ölkənin 13 regionunu əhatə etmişdir. Kişilərin cəlbi və iştirakçılığı vasitəsilə ailədə, icmada və bütövlükdə cəmiyyətdə gender bərabərliyinin təşviqinə xidmət edən layihə çərçivəsində gənc atalar və ata olmağa hazırlaşan şəxslər üçün məsuliyyətli valideynlik, məişət qayğılarının kişi və qadın arasında bərabər bölgüsü, ataların övlada qayğı və qulluq işlərində iştirakı kimi mövzularda davamlı təlim sessiyaları təşkil edilib.

- Gələn il 1994-cü ildə Qahirədə keçirilmiş Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransın (ICPD) 30 illiyidir və bu əlamətdar hadisənin beynəlxalq səviyyədə qeyd olunacağı gözlənilir. Bu illər ərzində Azərbaycanın da fəal iştirak etdiyi ICPD platforması çərçivəsində ölkənin əldə etdiyi nailiyyətləri necə qiymətləndirirsiniz?

- Azərbaycan 1994-cü ildə Qahirədə keçirilmiş Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransda və 2019-cu ildə Nayrobidə təşkil olunmuş ICPD25 konfransında yüksək səviyyəli nümayəndə heyətləri ilə iştirak edib. ICPD konfransı iştirakçı ölkələrin əhali və inkişaf mövzularına təkcə rəqəmlərə əsaslanaraq deyil, məhz insan amilini mərkəzə qoyaraq diqqət yetirməyə başlaması ilə əlamətdar hesab olunur. İndi, bu mühüm tarixi konfransın 30-cu ildönümü astanasında geriyə boylanaraq əldə edilmiş nailiyyətlərə nəzər salmaq üçün yaxşı imkan yaranıb.

Ötən dövr ərzində Azərbaycan ICPD gündəliyinin həyata keçirilməsinə sadiqliyini nümayiş etdirib. Ölkədə gender bərabərliyi, gender əsaslı zorakılıq və gender əsaslı cins seçimi ilə mübarizəyə dair hüquqi çərçivənin yaradılması və tətbiqi, təkmil məlumatlara və dəlillərə əsaslanan siyasət və qərar qəbuletmə kimi bir sıra istiqamətlərdə irəliləyiş əldə olunub. Buna baxmayaraq, gender bərabərliyinin əsaslı şəkildə təmin edilməsi, gender əsaslı zorakılığın və digər zərərli ənənəvi təcrübələrin, o cümlədən ailə planlanması üzrə ödənilməmiş ehtiyacın aradan qaldırılması sahələrində çağırışlar hələ də qalmaqdadır. BMT-nin Əhali Fondu milli inkişaf prioritetləri kontekstində bu və digər sahələrdə irəliləyişi sürətləndirmək üçün hökumət, vətəndaş cəmiyyəti, özəl sektor və bütün digər tərəfdaşlarla birgə fəaliyyət göstərir.

Müasir dövrdə bir çox ölkələrdə doğum səviyyəsinin aşağı düşməsi müşahidə olunur. Bəzi ölkələrdə isə əhalinin miqrasiyası nəzərə çarpır. Bu kimi hallar həmin ölkələrdə əhalinin azalmasına yol açır. Belə vəziyyətlərdə mühüm olan gender bərabərliyinə və bərabər hüquqlara diqqəti daha çox yönəltməkdir, çünki məhz bu yolla ölkələr demoqrafik çağırışların öhdəsindən gələ bilərlər. UNFPA olaraq biz hökumətlərə demoqrafik meyilərə uyğunlaşmaqda, əhali inkişafı ilə bağlı proqnozlaşdırmada və spesifik demoqrafik ehtiyaclara cavab vermək üçün siyasət, strategiya və resursların bərqərar edilməsində dəstək göstəririk.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Bakı-Qazax yolunda yük avtomobili aşıb, 3 nəfər ölüb

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

Millinin futbolçusu: Xal rekordunu yeniləmək bizim üçün qürurverici və gözəl hissdir

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq –  ŞƏRH  VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır