UNICEF Sudandakı qarşıdurmalarda 435 uşağın öldüyünü bildirib
Bakı, 25 iyul, AZƏRTAC
Sudan ordusu ilə silahlı qruplaşmalar arasında gedən döyüşlər nəticəsində azı 435 uşaq həlak olub, 2000-dən çoxu isə yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə toqquşmaların 100-cü günündə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) saytında yerləşdirilən hesabatda bildirilib.
UNICEF vurğulayıb ki, “real rəqəm yəqin, daha yüksəkdir”. Fondun məlumatına görə, 14 milyona yaxın azyaşlının təcili humanitar yardıma ehtiyacı var.
Bundan əlavə, BMT-nin Uşaq Fondu Sudanda uşaq hüquqlarının kobud şəkildə pozulması ilə bağlı 2500 fakt barədə məlumat aldığını bildirib.
Hesabatda qeyd olunub ki, məktəblər, xəstəxanalar, uşaqlarla bağlı olan mühüm infrastrukturlar maddi ziyana məruz qalıb. “Yardım göstərən işçilər də hücuma məruz qalıb, UNICEF-ə məxsus olan obyektlər, nəqliyyat vasitələri və təchizat talan olunub və ya məhv edilib. Bu cür hücumlar uşaqlara kömək etmək qabiliyyətimizi sarsıdır", - deyə vurğulanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:52]
Fransada lisey şagirdlərinin etirazları genişlənir
- 29.09.2026 [13:50]
Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib
- 29.09.2026 [13:23]
Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO
- 29.09.2026 [12:39]