Azərbaycan Dövlət İnformasiya Agentliyi

Uşaq Kitab Festivalı: Minlərlə kitabın endirimlə satışı, ustad dərsləri, imza günləri, əyləncəli tamaşalar...

Bakı, 8 aprel, Emil Məlikov, AZƏRTAC

Aprelin 8-də Bakı İdman Sarayında İkinci Uşaq Kitab Festivalının açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan festivalın təşkilatçıları Mədəniyyət, Gənclər və İdman, Elm və Təhsil nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, həmçinin “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyidir (ANAİB).

Əvvəlcə Dövlət Himni səsləndirilib və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış mərasimində ANAIB-in sədri Şəmil Sadiq çıxış edərək sərginin əhəmiyyətindən danışıb. O deyib: “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi artıq üç ilə yaxındır fəaliyyət göstərir. Bu üç il ərzində kitab təbliğatı istiqamətində xeyli işlər görülür. İlk dəfə 8 nəşriyyat bir arada toplaşmışdı, hazırda isə ölkəmizin demək olar ki, bütün əsas nəşriyyatları ANAIB-in üzvüdür. Biz hətta bölgələrimizdə də kitab tanıtımına başlamışıq. Bu istiqamətdə işlər davam etdirilir. Düşünürəm ki, mütaliə edən, özünü inkişaf etdirmək istəyən uşaqlar yetişdirsək ölkəmizin işıqlı gələcəyinə töhfə vermiş olarıq. Ölkəmizdə belə bir sərgi təşkil etməklə uşaqlarımızın kitaba olan sevgisini daha da artırmış oluruq. Bu bizim prioritetlərimizdəndir. Ötənilki festivalda təqribən 20 minə yaxın insan iştirak etmişdisə, bu il bu rəqəmi biz 50 minə çatdırmaq niyyətindəyik. Qarşıdakı illərdə bu festivalı beynəlxalq festival etməyi hədəfləyirik”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ölkəmizdə belə sərgilərin keçirilməsinin böyük bir hadisə olduğunu vurğulayıb: "Düşünürəm ki, biz hər gün sabahımıza və gələcəyimizə kitabla getsək gələcəyə gedən işıqlı yol daha da asanlaşacaq. Gələcəyə kitabla addımlamağın ən gözəl nümunəsi şahidi olduğumuz bu festivaldır. İkinci dəfə bu festivalda iştirakımdan çox şadam. Bu iş özlüyündə gözəl bir təşəbbüsdür və mən bu sərgidə əziyyəti keçən hər bir kəsə öz təşəkkürümü bildirirəm. Təşkilatçılardan biri olaraq mən də bu prosesdə iştirakımdan qürur duyuram, inanıram ki, belə mötəbər layihələr davamlı olacaq. Kitabla bağlı hədəflər və təbliğat böyük iş sayılır və düşünürəm ki, biz bu yolda davamlı olaraq birgə irəliləməyə çalışmalıyıq. Bu gün uşaqlarımıza qoyulan kapital gələcəyimizə qoyulan kapitaldır. Kitaba sevgi hər zaman olmalıdır və bu cür kitab təbliğatları daimi işlək bir prosesə çevrilməlidir".

Hazırda kitabın işığına toplaşdıqlarını söyləyən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva ən yaxın, etibarlı, sadiq dostlarının kitablar olduğunu bildirib. “Biz kitabla böyüyürük, öyrənirik, kamilləşirik, intelektual oluruq və mənəviyyatımız daha da dərinləşir, zənginləşir. Bu cür gözəl işdə əməyi keçən hər kəsə dərin minnətdarlığımı bildirirəm. Biz həmçinin bu il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyini qeyd edirik. Ulu Öndər belə deyirdi - "Bizim gələcəyimiz uşaqlarımıza və gənclərimizə nəyi necə öyrətməyimizdən çox asılı olacaq”. Uşaqlarımızın savadlı, vətənpərvər, mənəviyyatlı və dünyagörüşünün zəngin olması millətimizin, dövlətimizin, vətənimizin işıqlı gələcəyi deməkdir. Bunun da ən önəmli yolu kitablara sevgidən keçir. Bu kitab festivalı da məhz buna xidmət edir”,-deyə Milli Məclisin Mədəniyyət komitəsinin sədri vurğulayıb.

Tədbirdə Gənclər və İdman nazirinin müavini İndira Hacıyeva, Mədəniyyət Nazirliyi kitab sənayesi şöbəsinin müdiri Akif Marifli, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Azərbaycan Nəşriyyatları Assosiasiyası idarə heyətinin üzvü Fatimə Alxaz çıxış edərək festivalların əhəmiyyətini vurğulayıblar və gələcək illərdə də belə sərgilərin keçirilməsinin davamlı olmasını arzulayıblar.

Sərginin ilk günündə proqrama yazıçılar Reyhan Yusifqızı, Amin Oruc, Fatimə Alxaz və qiraətçi Xəzər Süleymanlının nağıl saatı daxil edilib. Uşaqlar üçün Aytac Qəmbərovanın təqdimatında kukla tamaşası, 3 nömrəli Uşaq-Gənclər İnkişafı Mərkəzinin "Vokal" dərnəyinin musiqili proqramı təqdim olunub. Eyni zamanda, tanınmış ədiblərlə yanaşı, gənc yazarlara, debutantlara da diqqət ayrılıb, onların imza mərasimləri, təqdimatları keçirilib.

Növbəti günlərdə Xalq artisti Mənsum İbrahimov və aktyor Kamal Yaşarın nağıl saatı keçiriləcək. Bundan əlavə Türkiyədən gəlmiş qonaqlar yazıçı Suat Turqut, həkim Özge Lokman kimi mütəxəssislərin panelləri baş tutacaq.

Dörd gün davam edəcək tədbirin ideyası “Azərbaycan Nəsriyyatları Assosiasiyası” İctimai Birliyinə məxsusdur. Festivalın könüllü dəstəyini isə “Böyük Qayıdış” Gənclər Təşkilatı İctimai Birliyi həyata keçirir.

Festival çərçivəsində on minlərlə kitabın endirimli qiymətlərlə satışı, ustad dərsləri, məşhurların nağıl saatları, əyləncəli tamaşalar təşkil ediləcək, eyni zamanda iştirakçılar sevilən uşaq yazarları ilə görüşərək onların imzalı kitablarını əldə edə biləcəklər.

Girişi sərbəst olan 2-ci Uşaq Kitab Festivalı aprelin 11-dək davam edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Bakı-Qazax yolunda yük avtomobili aşıb, 3 nəfər ölüb

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

Millinin futbolçusu: Xal rekordunu yeniləmək bizim üçün qürurverici və gözəl hissdir

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO