Uşaqlar ətraf mühitin mühafizəsi ilə bağlı maarifləndirilmişlər
Bakı, 2 iyun (AZƏRTAC). “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti (ASC) “Ekosfera” Sosial-Ekoloji Mərkəzi ilə birgə İçərişəhərdə və Qala qəsəbəsində 1 İyun - Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr olunmuş ekoloji tədbir keçirmişdir.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbir tullantıların çeşidlənməsi üzrə pilot layihələrin məlumatlandırma-təşviqat proqramı çərçivəsində reallaşdırılmışdır. Məqsəd ətraf mühitin mühafizəsi, məişət tullantılarının çeşidlənməsi və təbii resurslara qənaətlə bağlı uşaqların məlumatlılıq səviyyəsini artırmaq olmuşdur.
Təbii sərvətlərə məsuliyyətli yanaşmanı göstərmək üçün İçərişəhərdəki tədbirdə iştirak edən uşaqlar klounlarla birlikdə göy və yaşıl rəngli şarlardan hazırladıqları insan fiqurlarını şəhər sakinlərinə bağışlamışlar.
Sonra tədbir iştirakçıları üçün Qalaya ekskursiya təşkil edilmişdir. Onlar layihə üzrə Qala qəsəbəsinin balaca sakinləri ilə tanış olmuşlar. Həmçinin, Qala və İçərişəhər komandaları arasında voleybol yarışı təşkil olunmuşdur. Yaşca daha kiçik iştirakçılar isə tabaşirlə rəsmlər çəkmiş, batutlarda əylənmiş və digər yarışlarda iştirak etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]