ÜST dünyada COVID-19-a yoluxma hallarının 63 faiz artdığını bildirib
Bakı, 18 avqust, AZƏRTAC
İyulun 17-dən avqustun 13-dək dünyada 1,4 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 2,3 mindən çox insan dünyasını dəyişib. AZƏRTAC xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.
Qeyd edib ki, əvvəlki 28 günlə müqayisədə yoluxmaların sayı 63 faiz artıb, ölənlərin sayı isə 56 faiz azalıb.
Təşkilat bu ilin mayın 5-də elan etdiyi fövqəladə vəziyyətin sona çatmasına baxmayaraq, COVID-19-un əsas təhlükə olaraq qaldığını qeyd edib. Bununla əlaqədar olaraq təşkilat ölkələri erkən xəbərdarlıq, müşahidə və hesabat verməyə, koronavirus variantlarını izləməyə, erkən kliniki yardım göstərməyə, yüksək riskli qruplarda gücləndirici peyvəndi təmin etməyə çağırıb. ÜST diqqəti koronavirusun omikron ştamının EG.5 variantının yayılmasının artmasına yönəldib. Son məlumata görə, bu virus 50 ölkədə tapılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [14:02]
Rusiya səfirliyi Gümrüdə memorialın təhqir olunmasını pisləyib
- 11.06.2026 [13:53]
Bolqarıstan Səhiyyə Nazirliyi: Ölkədə 300 uşaq qızılcaya yoluxub
- 11.06.2026 [13:36]
Böyük Britaniyada “Ryanair” aviaşirkəti ilə bağlı araşdırma başlanıb
- 11.06.2026 [13:35]
Ankara yunan Kipri ilə Fransa arasında hərbi sazişi pisləyib
- 11.06.2026 [13:25]
Şimali İrlandiyada iğtişaşlar zamanı 12 polis yaralanıb
- 11.06.2026 [13:13]
Birləşmiş Ştatların sutkalıq neft hasilatı artır
- 11.06.2026 [13:11]