Varşavada Azərbaycan turizminə həsr olunmuş sərgi açılıb
Bakı, 8 may, AZƏRTAC
Varşavada “Turizm sərgisi - istiqamət Azərbaycan!” devizi altında Polşadakı səfirliyimizdə turizm sərgisi təşkil olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Varşava Azərbaycanlılar Birliyi (VAB) tərəfindən təşkil olunan sərgidə Polşa ictimaiyyətinə ölkəmizin turizm potensialı haqqında geniş məlumat verilib, müxtəlif videoçarxlar göstərilib.
Turizm sərgisinin təşkilatçısı, VAB-ın sədri Rəsul Məmmədov bildirib ki, Odlar yurdu Azərbaycan istər tarix, istərsə də mədəniyyət baxımından olduqca zəngindir. Məhz elə bu səbəbdəndir ki, hər bir əcnəbi vətəndaşın turistik istiqamət xəritəsində Azərbaycan mütləq şəkildə olmalıdır.
Qeyd olunub ki, “ASAN Viza” xidməti qonaqların rahatlığını tam təmin edir və minimum 3 saat maksimum 3 iş günü ərzində onlayn vizanın verilməsi prosedurunu həyata keçirir.
Sonda tədbir iştirakçılarına Azərbaycanın Polşadakı səfirliyi tərəfindən müxtəlif kitablar və məlumat broşürləri paylanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [13:48]
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:28]
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
- 03.06.2026 [17:37]
Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır
- 29.05.2026 [15:58]
Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb VİDEO
- 23.05.2026 [13:35]
Bakı–Tbilisi qatarının bərpası turizm sektorunu canlandıracaq
- 20.05.2026 [16:38]