VARŞAVADA “AZƏRBAYCANDA POLYAK MEMARLIĞI” SƏRGİSİ AÇILMIŞDIR
Azərbaycanın Polşadakı səfirliyi, Polşanın ölkəmizdəki səfirliyi və “Polşa icması” Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən sərginin açılışında polyaklarla yanaşı, bu ölkədəki Azərbaycan diasporunun nümayəndələri, diplomatik korpusun təmsilçiləri, mətbuat işçiləri iştirak etmişlər.
Tədbirdə ölkəmizin Polşadakı səfiri Vilayət Quliyev Azərbaycan-Polşa münasibətlərinin tarixindən, XIX-XX əsrlərdə Azərbaycanda polyak icmasının geniş və çoxcəhətli fəaliyyətindən, polyak ziyalılarının Azərbaycan mədəniyyətinin inkişafındakı rolundan söz açmış, Bakının bir sıra memarlıq incilərinin müəllifləri olan polyak memarlarının fəaliyyətindən danışmışdır. Polşanın Azərbaycandakı keçmiş səfiri, hazırda Polşa Xarici İşlər Nazirliyində çalışan Marsin Navrot milli mədəniyyətimiz barədə təəssüratlarını bölüşmüşdür.
100-dək eksponatın nümayiş olunduğu sərgi aprelin 7-dək davam edəcəkdir. Sərginin daha sonra ölkənin Qdansk, Poznan, Vrotslav kimi böyük şəhərlərində də göstərilməsi nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [16:43]
Güllü Eldar Tomarlı: Kəlağayı keçmişlə gələcək arasında ipək körpüdür
- 14.10.2026 [16:03]
Buxarada qardaşlıq nəğmələri: İki ölkə sənətçilərindən möhtəşəm konsert
- 14.10.2026 [13:32]
Gənc Tamaşaçılar Teatrında “Pullu komediya” tamaşasının premyerası olacaq
- 14.10.2026 [12:23]