Veloparkda “Beynəlxalq səmti müəyyənetmə günü” münasibətilə yarış təşkil olunub
Bakı, 12 may, AZƏRTAC
“Beynəlxalq səmti müəyyənetmə günü” münasibətilə dünyanın 71 ölkəsinin iki mindən artıq məntəqəsində yarışlar təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Səmti Müəyyənetmə Federasiyasının təşəbbüsü ilə təşkil edilmiş yarışların əsas məqsədi bütün dünyada eyni gündə 250 mindən çox idmançının start etməsi ilə yeni dünya rekordunun müəyyən edilməsi və idmanın bu növünün gələcəkdə Olimpiya Oyunlarının proqramına daxil olmağı hədəflədiyini göstərilməsi olub.
“Beynəlxalq səmti müəyyənetmə günü” münasibətilə Azərbaycan Respublikası Səmti Müəyyənetmə İdman Federasiyası yeni rekordun müəyyən edilməsinə dəstək məqsədilə Veloparkda yarış təşkil edib. Dörd kateqoriya üzrə yarışda 150-dən çox idmançı müəyyən edilmiş məsafə üzrə nəzarət məntəqələrində qeyd edilərək qələbə uğrunda mübarizə aparıb.
Azərbaycan Respublikası Vergilər Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Gənclər və İdman Nazirliyi və Bakı Media Mərkəzinin təşkilati dəstəyi ilə keçirilən yarışda qalib gəlmiş idmançılara diplom və qiymətli hədiyyələr təqdim edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [18:56]
“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub
- 14.10.2026 [18:44]
“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]