Velosiped İdmanı Federasiyasının baş katibi: Məşqçi kurslarının məqsədi sağlam idmançı yetişdirməkdir
Bakı, 26 avqust, AZƏRTAC
Məşqçi kurslarının məqsədi sağlam idmançı yetişdirmək, velosipedə marağı artırmaq və inkişaf etdirməkdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi, eləcə də məşqçi kurslarının rəhbəri Elnarə Musayeva jurnalistlərə açıqlamasında deyib.
O, bunun pilot layihə olduğunu bildirib: "Gəncə və Sumqayıt şəhərləri ilə yanaşı, daha 8 rayondan məşqçiləri bu kursa dəvət etmişik. Burada nəzəri, praktiki biliklər öyrədilir. Hətta idmançıların qidalanmasına qədər nəzarət olunur. Ümid edirəm ki, layihə sayəsində məşqçilərlə birgə velosiped idmanını bölgələrə də yayacağıq".
Qeyd edək ki, 10 rayondan məşqçilərin iştirakı ilə 12 gün davam edəcək kurslar Respublika Velotrekində təşkil olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:43]
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO
- 29.09.2026 [12:56]