Azərbaycan Dövlət İnformasiya Agentliyi

VERGİLƏR NAZİRİ FAZİL MƏMMƏDOVUN ÇIXIŞI

- Möhtərəm cənab Prezident,

hörmətli müşavirə iştirakçıları!

Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu və möhtərəm

cənab Prezident, Sizin tərəfinizdən 2007-ci ildə də davam etdirilən iqtisadi inkişaf siyasəti, iqtisadi islahatların dərinləşməsi, mövcud potensialın gücləndirilməsi və ondan istifadənin səmərəliliyinin yüksəldilməsi əsasında, ölkədə iqtisadi inkişafın davamlılığının təmin edilməsi ilə yanaşı, bütün sahələrdə çox böyük uğurlarla müşayiət olunmaqdadır. Məhz bu siyasətin nəticəsidir ki, 2007-ci ildə də makroiqtisadi sabitlik və artım qorunub saxlanılmış, milli iqtisadiyyatın rəqabət qabiliyyəti möhkəmlənmiş, qeyri-neft sektorunun inkişaf sürəti artmışdır. İnvestisiya mühitinin yaxşılaşdırılması və investisiyaların təşviqi ilə əlaqədar görülən tədbirlər nəticəsində, ilk dəfə olaraq, əsas kapitala yönəldilən daxili investisiyanın xüsusi çəkisi xarici investisiyanın xüsusi çəkisini üstələmiş, cari ilin 9 ayında əsas kapitala yönəldilmiş daxili investisiya əvvəlki ilin səviyyəsindən xeyli çox olmuşdur.

Ölkədə əhəmiyyətli sayda yeni iş yerlərinin yaradılması, dövlət idarəetmə sistemində bazar iqtisadiyyatı prinsiplərinə uyğun islahatların dərinləşdirilməsi, milli iqtisadiyyatın dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi 2007-ci ildə də Azərbaycanda iqtisadi artım sürətinin yüksək səviyyədə qalmasını təmin etmişdir.

Hələ 15 il bundan qabaq - Azərbaycan Respublikasının ziddiyyətlər içərisində və vətəndaş müharibəsi ərəfəsində yaşadığı, daxili istehsalın süqutu, inflyasiyasının min faizlərlə ölçüldüyü bir dövrdə xalqın tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin dediyi “Mən Azərbaycanın gələcəyini çox işıqlı görürəm” sözləri və bunun həyata keçirilməsi üçün dahi siyasətçi tərəfindən böyük bir inamla hazırlanmış Yeni Azərbaycan layihəsi bu gün reallığa çevrilmişdir.

Azərbaycan Prezidentinin apardığı uğurlu siyasət nəticəsində cari ilin yanvar-sentyabr ayları ərzində ölkənin əsas makroiqtisadi göstəriciləri olan ümumi daxili məhsul 2006-cı ilin müvafiq dövrü ilə müqayisədə 27,1 faiz artmışdır. 2006-cı ilin eyni dövrü ilə müqayisədə cari ilin 9 ayında ölkədə adambaşına düşən ümumi daxili məhsul istehsalı 25,6 faiz artaraq 1966 manat və ya 2282 ABŞ dolları səviyyəsinə çatmışdır. Əhalinin rifah halının, onun maddi təminatının yaxşılaşdırılması sahəsində apardığınız sosial-iqtisadi siyasətin nəticəsi olaraq, 2007-ci ilin yanvar-sentyabr ayları ərzində 2006-cı ilin müvafiq dövrü ilə müqayisədə orta aylıq əmək haqqı 28,2 faiz, adambaşına düşən gəlirlər 38,2 faiz artmışdır. Vergi və digər icbari ödənişlər çıxıldıqdan sonra əhalinin sərəncamında qalan vəsait 2006-cı ilin müvafiq dövründəkindən 39,8 faiz çox olmuşdur. Bu rəqəmlər ölkə əhalisinin alıcılıq qabiliyyətinin yüksəlməsi meylinin güclənməsinin birbaşa göstəricisidir. Onu da qeyd etmək yerinə düşər ki, əhalinin pul gəlirlərinin artım sürəti mövcud qiymət artımını 2,5 dəfə üstələmişdir. Ölkə əhalisinin alıcılıq qabiliyyətinin yüksəlməsi vətəndaşların banklardakı əmanətlərinin məbləğinin ötən ilin eyni dövrü ilə müqayisədə 79,5 faiz, əhaliyə göstərilən pullu xidmətlərin həcminin isə 33,1 faiz artmasında da özünü büruzə vermişdir.

Daxili və xarici investisiyaların kəskin artımı, cari ilin 9 ayı ərzində iqtisadiyyatın bir çox sahələrində iri investisiya layihələrinin uğurla həyata keçirilməsini təmin etməklə, ilin əvvəlində yanacaq-enerji və bir sıra xidmətlərin tarifləri üzrə aparılmış islahatlarla yanaşı, ölkə iqtisadiyyatına inflyasiya təzyiqini də əhəmiyyətli dərəcədə artırmışdır.

Möhtərəm cənab Prezident, hələ ilin əvvəlində Sizin böyük uzaqgörənliklə belə bir inflyasiya təzyiqinin olacağı barədə söylədiyiniz fikirlər və əhalinin pul gəlirlərinin inflyasiyanın təzyiqindən qorunması üçün hökumət qarşısında qoyduğunuz tapşırıqların icrası iqtisadi blokun daim gündəlik nəzarətində olmuş və inflyasiyanın idarəedilən həddə saxlanılmasına nail olunmuşdur. Doğrudur, cənab Prezident, bu sahədə görülən işlər Sizin ali tələbinizə tam cavab verməsə də, məsuliyyətimizi dərk etməklə, ilin sonuna qədər və sonrakı ildə də inflyasiyaya qarşı mübarizənin gücləndirilməsi üçün müvafiq tədbirlər görüləcəkdir.

Ölkə iqtisadiyyatının davamlı inkişafının və aparılan uğurlu iqtisadi siyasətin nəticəsi olaraq, 2007-ci ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin mədaxili 4 milyard 176,1 milyon manat proqnoza qarşı 4 milyard 383,9 milyon manat və ya 105 faiz icra olunmuşdur ki, bu da 2006-cı ilin müvafiq dövrü ilə müqayisədə 1 milyard 693 milyon manat və ya 62,9 faiz çoxdur. Büdcə daxilolmalarının 73,9 faizi və ya 3 milyard 240,9 milyon manatı Vergilər Nazirliyi, 13,1 faizi və ya 575 milyon manatı Dövlət Gömrük Komitəsi tərəfindən təmin edilmiş, 10,7 faizi və ya 468,8 milyon manat Dövlət Neft Fondundan, 1,5 faizi və ya 66,8 milyon manatı dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar daxilolmalarından, 0,7 faizi və ya 30,1 milyon manatı sair mənbələrdən 0,1 faizi və ya 2,3 milyon manatı Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsindən dövlət əmlakının icarəyə verilməsindən icarə haqqı kimi daxil olmuşdur. 2007-ci ilin yanvar-sentyabr ayları ərzində dövlət büdcəsinin xərcləri 4 milyard 427 milyon manat proqnoza qarşı 3 milyard 989,6 milyon manat və ya 90,1 faiz icra olunmuşdur ki, bu da 2006-cı ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 1 milyard 555,9 milyon manat və ya 63,9 faiz çoxdur.

2007-ci ilin ötən 9 ayı ərzində xərclərin 1 milyard 164,4 milyon manatı və ya 29,2 faizi sosialyönümlü xərclərin maliyyələşməsinə yönəldilmişdir ki, bu da 2006-cı ilin müvafiq dövrünün göstəricisindən 473,1 milyon manat və ya 68,4 faiz çox olmuşdur. Həmin dövr ərzində sənaye, tikinti, faydalı qazıntılar xərclərinə 1 milyard 282,2 milyon manat və ya ötən ilin müvafiq dövrünə nisbətən 719,7 milyon manat və ya 2,3 dəfə, sosial müdafiə və sosial təminat xərclərinə 460 milyon manat və ya 2006-cı ilin müvafiq dövrünə nisbətən 230 milyon manat və ya 2 dəfə, təhsil xərclərinə 92,7 milyon manat və ya keçən ilin müvafiq dövrünə nisbətən 172,3 milyon manat və ya 53,8 faiz, səhiyyə xərclərinə 149 milyon manat və ya 2006-cı ilin müvafiq dövrünə nisbətən 50,6 milyon manat və ya 51,4 faiz, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi xərclərinə 62,7 milyon manat və ya ötən ilin müvafiq dövrünə nisbətən 20,2 milyon manat və ya 47,5 faiz çox vəsait yönəldilmişdir. 2007-ci ilin yanvar-sentyabr ayları ərzində dövlət büdcəsinin profisiti 394,3 milyon manat təşkil etmişdir.

Möhtərəm cənab Prezident, icazənizlə, 2007-ci ilin yanvar-sentyabr ayları ərzində büdcə daxilolmalarının təmin edilməsi, vergi nəzarətinin gücləndirilməsi tədbirləri, nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində görülən işlər barədə Sizə məruzə edərdim. 2007-ci ilin yanvar-sentyabr aylarında Vergilər Nazirliyi üçün müəyyən edilmiş 3 milyard 64,4 milyon manat proqnoz tapşırığına 3 milyard 268,6 milyon manat və ya 106,7 faiz əməl olunmuş, büdcəyə 2006-cı ilin eyni dövrünə nisbətən 1 milyard 471,3 milyon manat və ya 81,9 faiz çox vəsait daxil edilmişdir. Qeyd olunan dövrdə Vergilər Nazirliyinin xətti ilə toplanılan vəsait ümumi daxili məhsulun 19,7 faizini təşkil etmişdir. Dövlət sektoru üzrə büdcəyə 973,8 milyon manat vəsait daxil olmuşdur ki, bu da 2006-cı ilin müvafiq dövrü ilə müqayisədə 331,9 milyon manat və ya 51,7 faiz çoxdur. Qeyri-dövlət sektoru üzrə büdcəyə ödəmələr 2 milyard 294,8 milyon manat təşkil etmişdir ki, bu da 2006-cı ilin müvafiq dövrü ilə müqayisədə 1 milyard 139,5 milyon manat və ya 98,6 faiz çoxdur. Neft sektoru üzrə isə 1 milyard 916,8 milyon manat proqnoza qarşı dövlət büdcəsinə 2 milyard 98,4 milyon manat vəsait daxil olmuş, proqnoza 109,5 faiz əməl edilmişdir. Bu, 2006-cı ilin müvafiq dövrü ilə müqayisədə 1 milyard 50,8 milyon manat və ya 100,3 faiz çoxdur.

Büdcə xərclərinin icrasını təmin etmək məqsədi ilə qeyri-neft sektoru üzərində nəzarət tədbirləri artırılmışdır. Nəticədə 2007-ci ilin yanvar-sentyabr ayları ərzində qeyri-neft sektoru üzrə büdcəyə 1 milyard 147,6 milyon manat proqnoza qarşı 1 milyard 170,2 milyon manat vəsait daxil olmaqla, proqnoza 102 faiz əməl edilmişdir. Qeyri-neft sektoru üzrə vergi daxilolmaları 2006-cı ilin müvafiq dövrü ilə müqayisədə 420,6 milyon manat və ya 56,1 faiz çox olmuşdur.

Hökumətin 2006-cı ilin yekunlarına həsr edilmiş iclasında qeyri-neft sektorunun inkişafı və bu sahədə maliyyə, vergi intizamının gücləndirilməsi barədə verdiyiniz tapşırıqların icrası olaraq, neft konsorsiumu ilə işləyən şirkətlərin daxilolmalarını nəzərə almasaq, bu ilin 9 ayında qeyri-neft sektorunun vergi ödənişlərinin artım sürəti son 15 ildə ən yüksək həddə, yəni 74,8 faizə çatmışdır.

Daha sonra Fazil Məmmədov “Elektron-Azərbaycan” layihəsi çərçivəsində silsilə tədbirlər görən Vergilər Nazirliyinin elektron-bəyannamə sisteminə keçməsini də müsbət dəyərləndirdi. 2008-ci ilin dövlət və icmal büdcələri barədə danışan nazir ölkənin müsbət sosial-iqtisadi inkişaf dinamikasının növbəti illərdə də davam edəcəyinə əminliyini bildirdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır

“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir

BDU-da professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Azərbaycan Almatıdakı inklüziv və dayanıqlı iqtisadi artımın təşviqi ilə bağlı seminarda təmsil olunub

Azərbaycan və Laos arasında münasibətlərin ən güclü tərəfləri qarşılıqlı siyasi etimaddır ŞƏRH

® "Bir”dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin

Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları diqqətdədir

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

Milli-mənəvi dəyərlər, tolerantlıq və dünyəvilik - Azərbaycanın davamlı inkişafının əsası

Yunanıstanda fırtına və leysan daşqınlara səbəb olub

Sərdar Fərəcov: Uşaqların dünyəvi təhsili və hərtərəfli inkişafı əsas prioritet olmalıdır

BSU-da “Dil və mədəniyyət” forumu: iki ölkə arasında akademik əlaqələr diqqət mərkəzində

İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub

“Eyni səma altında: astronomiya təhsili görüşləri” - Azərbaycan, Türkiyə və Özbəkistan məktəbliləri bir arada

Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edilib

Güllü Eldar Tomarlı: Kəlağayı keçmişlə gələcək arasında ipək körpüdür

“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq

Şəkidə keçirilən müşavirədə YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrdən danışılıb

Azərbaycanlı akademik beynəlxalq konfransda Türk dünyasının inteqrasiyası ilə bağlı təkliflər irəli sürüb

Zülfiyyə Nuriyeva: “Kəlağayı yürüşü”nün əsas məqsədi milli irsimizi gənclərə daha yaxından tanıtmaqdır

Trampın Qrenlandiya ilə bağlı bəyanatı Danimarka ilə razılaşmanın şərtlərinə əməl olunması məsələsini gündəmə gətirib

Müdafiə Nazirliyinin Tibb İdarəsi ilə “Vərəmsiz Gələcəyə Doğru” İB arasında memorandum imzalanıb

İstanbul-Bakı aviareysi ilə gələn sərnişində külli miqdarda dərman vasitələri aşkar olunub

Tərtərdə Toxum Sərgi-Satış Yarmarkası təşkil olunub

İnha Universitetinin azərbaycanlı tələbələri bir araya gəlib

Gürcüstanda xristianlığın dövlət dini elan edilməsinin 1700 illiyi qeyd olunur

Azərbaycan alimləri beynəlxalq “Top 2% Scientists” siyahısında yer alıblar

Mərkəzi Bank: Ani Ödənişlər Sistemi üzrə yeni xidmət haqqı tarifləri vətəndaşlara şamil olunmur

Dilçilik İnstitutunun əməkdaşları Bişkekdə keçirilən beynəlxalq simpoziumda iştirak ediblər

Uşaqların gələcəyi hər cür manipulyasiyadan müdafiə olunmalıdır – RƏY

Dini ideologiyaların gənclərin həyatına və dövlətin qanunlarına sirayət etməsi qəbulolunmazdır - ŞƏRH

İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib

Məktəbli forması: təhsil mühitində bərabərlik, intizam və sosial məsuliyyət amili

Professor: Süni intellektin yaratdığı çağırışlara vaxtında cavablar tapılmalıdır VİDEO

Professor: Süni intellektin yaratdığı çağırışlara vaxtında cavablar tapılmalıdır VİDEO

İndoneziyada meşə yanğınları havanın kəskin çirklənməsinə və regionda məktəblərin bağlanmasına səbəb olub

Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub

Hüseyn Atakan Varol: Bütün türk dillərini əhatə edəcək vahid süni intellekt modeli yaradıla bilər VİDEO

Hüseyn Atakan Varol: Bütün türk dillərini əhatə edəcək vahid süni intellekt modeli yaradıla bilər VİDEO

® “DigiTravel” ilə aviabiletləri də indi alıb sonra ödəyin!

Yasin Xəlilov: Yeni tikinti materiallarının yaradılmasında ekoloji tələblərə uyğunluq əsas şərtlərdəndir VİDEO

Yasin Xəlilov: Yeni tikinti materiallarının yaradılmasında ekoloji tələblərə uyğunluq əsas şərtlərdəndir VİDEO

Baba Vəziroğlu: Məktəbdə hər kəs müəyyən edilmiş qaydalara hörmətlə yanaşmalıdır

Buxarada qardaşlıq nəğmələri: İki ölkə sənətçilərindən möhtəşəm konsert

Gədəbəydə avtomobili aşıran sürücünün həyat yoldaşı ölüb, oğlu yaralanıb VİDEO

Gədəbəydə avtomobili aşıran sürücünün həyat yoldaşı ölüb, oğlu yaralanıb VİDEO

DİM: Dövlət qulluğu imtahanında 171 namizəd müvəffəqiyyət əldə edib

Binaların enerji effektivliyi üzrə pasportlaşdırmanın rəqəmsallaşdırılması üçün platformanın hazırlanması yekunlaşmaq üzrədir

Azərbaycan və Pakistan qadın sahibkarlığı sahəsində əməkdaşlığı genişləndirir

Dövlət qulluğu üzrə 876 vakant vəzifə müsahibəyə çıxarılıb

Risklərin idarə edilməsi üzrə qərar qəbuletmə mexanizmləri nəzərdən keçirilib

Ekspert: Tikinti layihələrində ekoloji standartların qorunması genişləndirilməlidir VİDEO

Ekspert: Tikinti layihələrində ekoloji standartların qorunması genişləndirilməlidir VİDEO

Aİ strateji minerallar üzrə Çindən asılılığı azaltmaq üçün Vyetnamla əməkdaşlığı genişləndirmək istəyir

Laos AQEM-ə üzv olmaq üçün təsisedici sənədləri imzalayıb

Pekində terrorizmlə mübarizəyə dair beynəlxalq forum keçirilir

Bolqarıstan NATO-nun dronlara qarşı müdafiə təşəbbüsünə qoşulmağa hazırlaşır

Çinin xarici ticarəti 19 faizə yaxın artıb

Ekspert: Azərbaycanın dünyəvi təhsil ənənələri milli maarifçilik tariximizin ayrılmaz hissəsidir

ADA Universitetində AICT2026 beynəlxalq konfransı təşkil olunub - YENİLƏNİB VİDEO

ADA Universitetində AICT2026 beynəlxalq konfransı təşkil olunub - YENİLƏNİB VİDEO

İsrail ordusu Livanda partlayıcı qurğu və silahlar aşkarlayıb

Cənubi Koreya və ABŞ müdafiə danışıqları keçirmək barədə razılığa gəlib

Çingiz Abdullayev: Əminəm ki, “Sabah” “Barselona”ya qarşı da çəkinmədən oynayacaq

Astanada Azərbaycanın Orta Dəhlizin inkişafında rolu müzakirə olunub

Akademik Rasim Əliquliyev: Milli süni intellekt rəqəmsal suverenliyin əsas şərtidir VİDEO

Akademik Rasim Əliquliyev: Milli süni intellekt rəqəmsal suverenliyin əsas şərtidir VİDEO

Azərbaycan qonaqpərvərlik sahəsində beynəlxalq əməkdaşlığı inkişaf etdirir

Vədiyə Ələkbərzadə: Akkreditasiya özəl tibb müəssisələri üçün bir çox prosesin obyektiv qiymətləndirilməsini təmin edən mexanizmdir

Saleh Sultansoy: “Elm şəhərləri” TDT-nin inkişafına güclü təkan verə bilər

QHT-lərin təşəbbüsü ilə Bakıda kəlağayının təbliğinə həsr edilən yürüş keçirilib

Futzal üzrə Azərbaycan millisinin oyununa hakim təyinatları açıqlanıb

Henning Sasse: Tikintidə ekoloji təmiz xammalın və alternativ yanacaqların istifadəsi vacibdir VİDEO

Henning Sasse: Tikintidə ekoloji təmiz xammalın və alternativ yanacaqların istifadəsi vacibdir VİDEO

AzTU-nun müəllimi Türkiyədə beynəlxalq simpoziumda məruzə ilə çıxış edib

Laos Prezidenti “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu ziyarət edib

BDU-nun 14 tələbəsi “Əlaçı” təqaüd proqramının qalibi olub

Milli Hidrometeorologiya Xidməti: Hazırda keçid dövrünə xas hava şəraiti müşahidə edilir

Rasim Əliquliyev: Gəncləri kibermanipulyasiyadan qorumaq prioritet vəzifədir VİDEO

Rasim Əliquliyev: Gəncləri kibermanipulyasiyadan qorumaq prioritet vəzifədir VİDEO

Avstraliyada demensiyanın erkən əlamətlərini aşkarlayan göz testləri hazırlanıb

Ukrayna ordusu üç yaşayış məntəqəsini azad edib

Azərbaycanla Mərkəzi Asiya ölkələrinin əməkdaşlığının genişlənməsi yeni imkanlar yaradır ŞƏRH

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində qiymətləndirmə təlimi təşkil olunub

Naftalanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqət mərkəzindədir

Zumerlər əməkhaqqı səbəbindən iş yerlərini dəyişdirmək istəyirlər

SEPAH Hörmüz boğazında konteyner daşıyan gəminin batdığını bildirib

Kamboca Krallığının Baş naziri Milli Məclisdə olub

Vahid geyim şagirdlərə ortaq qaydaların mövcudluğunu öyrədən vasitələrdən biri kimi qəbul oluna bilər – ŞƏRH

Baş nazir Əli Əsədov Laosun Prezidenti Thonqlun Sisulitlə görüşüb

Azərbaycanlı Formula 4 pilotu "Slovakia Ring" trasında növbəti testlərini uğurla başa vurub

Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir ŞƏRH

Beynəlxalq Enerji Agentliyi: Dizel yanacağı çatışmazlığı 2027-ci ilədək davam edə bilər

ADAU-da YAP-ın VIII Qurultayının qərarlarından irəli gələn vəzifələr önə çəkilib

XİN: Fransanı Azərbaycanla bağlı əsassız iddialara son qoymağa çağırırıq VİDEO

XİN: Fransanı Azərbaycanla bağlı əsassız iddialara son qoymağa çağırırıq VİDEO

Bu il qlobal neft tələbatının gündəlik 2,6 milyon barel azalacağı gözlənilir

Qazaxıstanın Manqistau vilayətinin rəhbəri və Türkiyə diplomatı Orta Dəhlizi müzakirə ediblər

Azərbaycan Astanada beynəlxalq nəqliyyat-logistika sərgisində təmsil olunur

Sergey Lavrov Bakıda AQEM-in sammitində iştirak edəcək

Yusif Vəliyev: Laçın və Zəngilanda “Səyyar Gənclər Xidməti” layihəsi reallaşdırılacaq VİDEO

Yusif Vəliyev: Laçın və Zəngilanda “Səyyar Gənclər Xidməti” layihəsi reallaşdırılacaq VİDEO

AMADA sumo üzrə dünya çempionatı ərəfəsində antidopinq vebinarları təşkil edib

Səudiyyə Ərəbistanından olan yazıçı Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət edib

Pərviz Şahbazov: Gələn ilin sonunadək ümumi gücü 2 giqavat olan 11 stansiya istismara veriləcək

Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib

Zibeydə Hacıyeva: Qarabağdakı bərpa və yenidənqurma prosesində özəl sektor yaxından iştirak edir VİDEO

Zibeydə Hacıyeva: Qarabağdakı bərpa və yenidənqurma prosesində özəl sektor yaxından iştirak edir VİDEO

Sentyabrda Körfəz istehsalçılarının neft təchizatı bərpa olunub