VERGİLƏR NAZİRLİYİNDƏ STRUKTUR DƏYİŞİKLİKLƏRİ APARILIR
Vergilər Nazirliyində Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” Fərmanının müddəalarının yerinə yetirilməsinə həsr olunmuş mətbuat konfransı keçirilmişdir. Nazir Fazil Məmmədov jurnalistlərə bildirmişdir ki, 62 ərazi vergi idarəsi və onların tabeçiliyində olan şəhər və rayon vergi idarələri ləğv olunmuş və onların əsasında respublikanın bütün bölgələrini əhatə edən 14 yeni ərazi vergi idarəsi yaradılmışdır. Nazirin sözlərinə görə, bu, kiçik və orta sahibkarlığın inkişafı üçün ən mühüm amillərdən biridir. Ləğv edilmiş idarələrin əməkdaşlarının ixtisara salınması test imtahanlarının nəticələrinə uyğun olaraq aparılacaqdır. Nazirlik sistemində, ümumən, 3150 əməkdaş işləyir və Fərmana əsasən, nəzarət-yoxlama funksiyalarını həyata keçirən struktur bölmələri işçilərinin 40 faizi ixtisar olunmalıdır.
Nazir vergi mədaxillərinin səviyyəsindən danışaraq bildirmişdir ki, cari ilin 10 ayı ərzində 410 milyard manat məbləğində vergi toplanmışdır ki, bunun da 228 milyard manatı qeyri-neft sektorunun payına düşür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [18:22]
Azərbaycanda xalça istehsalı 48 dəfə, ixracı isə 4,4 dəfə artıb – QRAFİK
- 22.09.2026 [17:57]
® “Samsung Micro RGB”: yeni nəsil arxa işıqlandırma texnologiyası nə verir?
- 22.09.2026 [16:26]