Virgil Van Diyk futbol tarixinin ən bahalı müdafiəçisi olub
Bakı, 28 dekabr, AZƏRTAC
İngiltərə Premyer Liqasının güclü klublarından olan “Liverpul” hollandiyalı müdafiəçi Virgil Van Diyki heyətinə qatmaq üçün 75 milyon funt sterlinq (85 milyon avro) ödəməklə klub tarixinin ən bahalı transferini reallaşdırıb.
AZƏRTAC Britaniyanın “Teleqraf” nəşrinə istinadla xəbər verir ki, bu, həm də futbol tarixində bir müdafiəçinin transferi üçün ödənilən ən yüksək məbləğdir. İyirmi altı yaşlı mərkəz müdafiəçisinin həftəlik maaşının 180 min funt sterlinq (202 min avro) olacağı bildirilir.
Futbolçu ara transfer dönəminin başlayacağı 2018-ci il yanvarın 1-dən yeni klubunun formasını geyəcək.
Van Diyk 2015-ci ilin yayında 15,7 milyon avro müqabilində “Seltik”dən “Sauthampton”a transfer olunmuşdu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [15:36]
Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO
- 29.09.2026 [14:43]
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO
- 29.09.2026 [12:56]