Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vladimir Kazimirovun məqaləsinin qısa şərhi

Bakı, 9 yanvar (AZƏRTAC). Moskvada yerləşən, əslində isə ermənilərin nəzarət etdiyi REGNUM informasiya agentliyinin saytında Ermənistan xarici işlər nazirliyinin lobbiçisi Vladimir Kazimirovun “Dağlıq Qarabağa yeni yürüş olacaqmı?” adlı məqaləsi dərc edilmişdir (http://regnum.ru/news/polit/1610724.html). Bu dəfə biz məqalə müəllifinə geniş həcmli yazı əvəzinə qısa, sətirlərarası şərhlərlə cavab verəcəyik. Beləliklə:

“Bakı doğrudanmı yeni qırğın burulğanına atılmağa hazırdır?”

Bəli.

“Bakını buna sövq edən nədir və ona mane olan nədir?”

Sövq edən amil Vətən anlayışıdır - Kozma Minin və Dmitri Pojarskinin könüllü dəstələri, Denis Davıdovun, Aleksandr Seslavinin, Aleksandr Fiqnerin, Aleksey Fyodorovun, Aleksandr Saburovun, Sidor Kovpakın partizan dəstələri, milyonlarla rus və sovet xilaskar döyüşçülərinin rəhbər tutduğu amil! Nə mane olur? Artıq heç nə mane olmur.

“Beynəlxalq birliyin bu addımdan çəkindirmək üçün kifayət qədər vasitələri vardırmı?”

Beynəlxalq birliyin çəkindirmə vasitələri həmişə olmuşdur və indi də vardır. Ermənistan Azərbaycan ərazisini işğal edəndə də, bu gün Azərbaycan öz gücü ilə bu işğala son qoymaq niyyətində olduğu vaxtda da. İstək yoxdur - o vaxt da yox idi, bu gün də yoxdur.

“Çoxdan məlumdur ki, tərəflərin Qarabağ barədə bir-birini qarşılıqlı istisna edən mövqe tutmasının, uzunsürən və hələlik az nəticə verən danışıqların əsas səbəblərindən biri tərəflərin bir-birinə dərin etimadsızlığıdır. Müharibənin yenidən başlanması ehtimalı isə bunu daha da kəskinləşdirir”.

Bu, belə deyildir. Elə düşünmək olar ki, əgər etimad yaranarsa, bir-birini qarşılıqlı istisna edən mövqelər möcüzə sayəsində aradan qalxacaqdır. Tərəflərin bir-birini qarşılıqlı istisna edən mövqe tutmasının səbəbi başqadır. Ermənistan Qarabağı ələ keçirmək və bunun əvəzində özünün heç nəyini (məhz özünün, yəni öz ərazisinin bir hissəsini) verməmək, Azərbaycan isə Qarabağı qaytarmaq istəyir. Mövqelər həqiqətən bir-birini qarşılıqlı istisna edir və bu mövqelər dəyişməyəcəkdir - etimad olsa da, olmasa da.

Daha sonra:

“1991-1994-cü illər müharibəsində yol verilmiş səhvlər Azərbaycan rəhbərliyinə psixoloji baxımdan hələ uzun müddət əzab verəcəkdir. Axı, o vaxt da Azərbaycanın potensialı ermənilərdən xeyli artıq idi. Məsələ potensialın reallaşdırılmasındadır”.

Doğrudan “artıqdır”? Bu gün tərəflərin qüvvələri arasında fərq o vaxtkı ilə müqayisədə qat-qat artıqdır. O vaxt qüvvələr təxminən bərabər idi. Düzdür, ermənilərin əlində qənimət tanklar vardı. Lakin uğursuzluqların səbəbi başqa idi. Bu səbəbin məhz nədən ibarət olması başqa söhbətin mövzusudur.

“Yeddi rayonun ermənilər tərəfindən işğal edilməsi azərbaycanlıları qıcıqlandırır, onlara bir sıra ilkin səbəblər verir, lakin ermənilərin salamat qalmaq uğrunda mübarizə stimulu qat-qat güclüdür”.

Bu “stimul” 1992-ci ilin yayında hələ az gözə çarpırdı, o vaxt ermənilər silahları atıb sözün hərfi mənasında qaçırdılar. Yeri gəlmişkən, azərbaycanlıların da əlində qənimət götürülmüş texnika az deyildi. Əgər Kazimirov Azərbaycan döyüşçülərinin mövqelərinə gedib onlarla söhbət etsəydi, özü üçün çox maraqlı şeylər “kəşf edərdi”, o cümlədən erməni tərəfin “stimulu” barədə. O, həm də xeyli qənimət görərdi.

“Salamat qalmaq” məsələsinə gəldikdə isə Qarabağ erməniləri Ermənistanda rahatca “salamat qala” bilər, Ermənistanın keçmiş azərbaycanlı əhalisinin bu gün Azərbaycanda “salamat qalması” kimi.

“Ermənilər tərəfindən Qarabağın ətrafında möhkəmlənmiş müdafiə xəttinin keçilməsi xeyli vaxt və qurban tələb edərdi. Dağlara çıxış yeni maneələrlə üzləşmək deməkdir. Bakı sürətli qələbəyə ümid bəsləyə bilməz”.

Bu, doğrudur - yolumuza gül-çiçək döşənməyib. Çox zəhmət çəkmək lazım gələcək.

“... bu da fəal beynəlxalq müdaxilə üçün kifayət qədər vaxt imkanı yaradacaq”.

Sağlıq olsun, baxarıq. DQMV-nin azərbaycanlı əhalisinə qarşı qırğın törədiləndə nəsə bu məsələyə heç bir müdaxilə edilmədi və döyüş əməliyyatları düz iki il davam etdi. Döyüş əməliyyatları zonasında heç bir “mavi dəbilqə” gözümüzə sataşmadı.

“Beynəlxalq baxımdan hərbi əməliyyatların yenidən başlanmasına nə cür məkrli don geyindirilsə də, bu məsələdə Bakının təqsirkar olması şübhə doğurmayacaq”.

Doğrudan? Bakının öz ərazilərini azad etməkdə təqsiri Moskva və Stalinqrad ətrafında əks hücuma keçən Qızıl Ordunun təqsiri qədər olacaqdır.

“Onun (Bakının) əsas dəlili - Azərbaycan Respublikası rayonlarının işğal edilməsi çoxdan devalvasiyaya uğramışdır: işğalın genişlənməsi Bakıdakı rəhbərliyin qələbə qazanmaq ümidi ilə hədər yerə müharibəni uzatmasının bilavasitə nəticəsi olmuşdur. İşğalın mənşəyinin bundan ibarət olmasını yalnız o kəslər etiraf etmirlər ki, onlar bunu etiraf etmək istəmirlər”.

Vladimir Nikolayeviç, deyəsən hiyləyə əl atırsınız? İşğalın mənşəyi Ermənistanın Azərbaycan ərazisinin bir hissəsini ondan ayırmaq istəyidir, Azərbaycanın bunun qarşısını almaq istəyi yox.

“Ərazilərin qaytarılması isə Bakının Qarabağda sülhə təminat vermək istəməməsi səbəbindən ləngiyir”.

Bakı Ermənistana sülh üçün zəmanət verə bilər, özü də yalnız onun işğal etdiyi bütün ərazilər - Dağlıq Qarabağ və yeddi rayon könüllü şəkildə azad ediləndən sonra. Qarabağa isə, Bakı nə qədər istəsə də, heç bir zəmanət verə bilməz, çünki o, özü-özünə zəmanət verə bilməz. Bu ona oxşayır ki, Stalin SSRİ-nin işğal edilmiş hissəsi üçün “sülhə təminat” versin.

“Gəlin unutmayaq ki, 1994-cü il mayın 12-də imzalanmış barışıq qeyd-şərtsiz müddətsiz rəsmiləşdirilmişdir, yəni öz hüquqi qüvvəsini saxlayır”.

Doğrudan deyirsiniz “müddətsiz”? Bəs nə üçün “qeyd-şərtsiz” ifadəsi tərəflərdən birinin xeyrinə deyil, digərinin xeyrinə şərh edilməlidir. Eyni qayda ilə Bakı da cavab verə bilər ki, müqavilənin mətnində “müddətsiz” sözünün olmaması onun müddətsiz olmaması deməkdir.

“Elə münaqişələr vardır ki, onlar öz həllini daha çoxdan gözləyir (Kipr - 1974-cü ildən)”.

Kiprlilərin səbrli olması bizim üçün nümunə deyildir.

“Barışığın pozulması bir sıra dövlətlər tərəfindən pislənəcəkdir”.

Bu pisləmə 1987-ci ilin axırlarında münaqişə başlayarkən sülhün pozulmasından və 20 illik işğal faktının özündən güclü deyildir...

“Bu pisləmə sırasına başqa faktlar da əlavə olunacaq: Bakının qoşunları təmas xəttindən geri çəkməkdən inadla imtina etməsi...”

O cümlədən Ermənistanın BMT-nin, Avropa Şurasının, Avropa Parlamentinin, Qoşulmama Hərəkatının, NATO-nun çoxsaylı qətnamələrinin, milli parlamentlərin çağırışlarının və bir sıra başqa sənədlərin tələb etdiyi kimi öz qoşunlarını Azərbaycan ərazisindən çıxarmaqdan inadla imtina etməsi....

“Münaqişə həll edilərkən güc tətbiq edilməməsi haqqında saziş bağlamaq...”

Azərbaycan buna tərəfdardır! Lakin güc tətbiqinin (eləcə də onun bütün nəticələri) qeyri-qanuni elan edilməsi “bundan sonra” yox, çünki ARTIQ güc tətbiq edilmişdir, “indiyə qədər” olmalıdır. Qanunsuz güc tətbiq edilməsinin nəticəsi olan işğala isə son qoyulmalıdır. Əks halda qəribə mənzərə yaranır: Hitler ölkənin yarısını işğal edir, sonra isə Stalinə Almaniya-sovet münaqişəsinin həlli zamanı güc tətbiq edilməməsi haqqında müqavilə bağlamaq təklif edir. Üstəlik, SSRİ-nin işğal edilmiş hissəsində almanların məskunlaşması siyasətinə başlayır. Çox rahatdır, eləmi?

Sülh müharibənin ortasında deyil, onun nəticələri aradan qaldırılandan sonra mümkündür. Sadəcə olaraq daha zibilləməmək deyil, öz zibilini yığışdırmaq lazımdır! İşğal qanunsuz zibilləmə nəticəsində yaranmış zibildir. İlahi, axı biz nəyə görə tamamilə aşkar şeyləri barmaqhesabı izah etməliyik?! Yəni doğrudanmı dünyada azərbaycanlıları o dərəcədə sadəlövh hesab edirlər ki, onları beləcə asanlıqla aldatmaq fikrinə düşürlər?!

Odur ki, bir daha təkrar edirik, Azərbaycan buna tərəfdardır! Qoy Ermənistan öz qoşunlarını dövlət sərhədindən geri çəksin, onda güc tətbiq edilməsinə heç bir ehtiyac olmayacaqdır, çünki onda münaqişə olmayacaqdır.

“Snayperləri ön mövqelərdən geri çəkmək...”

Bəs nəyə görə qoşunları yox, snayperləri? Özü də ön mövqelərdən yox, dövlət sərhədindən?

“İnsidentlər təhqiq edilsin...”

O cümlədən Ermənistanın bugünkü rəhbərliyi və onun əlaltıları tərəfindən inkar edilən bütöv bir şəhərin dinc əhalisinin məhv edilməsini də, eləmi?

“İlham Əliyev komandasının qatil Səfərovu qəhrəman kimi qələmə verməsi ilə bağlı məlum səhvi də buraya əlavə edəcəklər”.

Eləcə də Ermənistanda Qurgen Yanikyan, Varujan Qarabedyan, Ampik Sasunyan, Monte Melkonyan kimi mənfur qatil və terrorçuların, nasist generallar Qaregin Njdenin, Drastamat Kanayanın qəhrəman kimi qələmə verilməsini. Sözünüzü udmayın, Vladimir Nikolayeviç, axıracan deyin. Axı, Sizin doğmalarınızdan da kimlərsə Böyük Vətən müharibəsi döyüşlərində qəhrəmancasına həlak olmuşdur. Bilin ki, Ermənistanda bu iki hitlerçi baş kəsənə abidələr ucaldılmış, hətta “Qaregin Njde” medalı təsis edilmişdir. Azərbaycanda isə nə “Ramil Səfərov” medalı var, nə də bir küçəyə onun adı verilmişdir. Odur ki, sözünüzü axıracan deyin.

“Beynəlxalq təşkilatlarda da Azərbaycan üçün əlverişsiz fon yaranacaqdır”.

Azərbaycan xalqı öz ərazisini “beynəlxalq təşkilatlarda əlverişsiz fon”dan deyil, konkret düşmənin ordusundan xilas edəcəkdir. Əgər Ermənistan işğalın pislənməsinə dözmüşdürsə, biz də bu fona birtəhər dözərik.

“ATƏT-in sülhməramlı rolu praktiki olaraq inkar ediləcəkdir”.

Bu rol çoxdan inkar edilmişdir, daha doğrusu, vasitəçilərin status-kvonu dəyişməkdə tam acizlik göstərməsi ilə ATƏT özü-özünü inkar etmişdir.

“Minsk qrupunun həmsədrləri hərbi əməliyyatların yenidən başlanmasını mütləq pisləyəcəklər”.

Hərbi əməliyyatların yenidən başlanmasını deyil, bunun ilkin səbəbi kimi işğalın saxlanmasını pisləmək lazımdır.

“1994-cü ildə MDB Dövlət Başçıları Şurasının köməyi ilə barışığa nail olmuş Moskvanın mövqeyi xüsusilə sərt ola bilər”.

Gəlin fal açmayaq.

“Azərbaycan tərəfinin bu münaqişəni dinc vasitələrlə həll etmək barədə Avropa Şurası qarşısında öhdəliyi pozulacaqdır”.

Ermənistan Avropa Şurası qarşısında bu təşkilatın qətnamələrinə, o cümlədən AŞPA-nın 1416 nömrəli qətnaməsinə hörmət etmək və onu yerinə yetirmək öhdəliyini çoxdan pozmuşdur. Həmin qətnamənin 1-ci və 2-ci bəndlərini oxuyun.

“Onu da xatırladacaqlar ki, Bakı 1993-1994-cü illərdə hərbi əməliyyatlara son qoyulması barədə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini uzun müddət yerinə yetirməmişdir”.

Biz bu nağılı azı 20 dəfə eşitmiş və azı 20 dəfə ifşa etmişik. Bu gün yalnız Şavarş Koçaryan və Eduard Şarmazanov kimi siyasi cırtdanlar onu yada salır və ona istinad edirlər. Vladimir Nikolayeviç, bu dünyada sizin bu tezisinizi qəbul etmirlər, ondan imtina etməyinizin vaxtıdır.

“Çox ehtimal ki, BMT Təhlükəsizlik Şurasının döyüşlərə dərhal son qoymaq tələbi ilə yeni qətnaməsi qəbul ediləcəkdir”.

Ermənistan belə qətnamələrin dördünü rahatca rədd etmişdir. Deyəsən, bir zərəri olmayıb, sağ-salamatdır.

“Nəticədə iri dövlətlərin və beynəlxalq təşkilatların təzyiqi Bakını hücuma tezliklə son qoymağa məcbur edəcəkdir”.

Bakı öz ərazisinin azad edilməsi üzrə əməliyyat aparanda ona təzyiq olacaqmı? Nədənsə Ermənistan BAŞQASININ ərazisində hücuma keçəndə ona heç bir təzyiq görmədik.

“Hadisələrin bu cür dönüşünü Azərbaycan ürək ağrısı ilə qarşılayacaqdır”.

Əgər Azərbaycan xalqı ərazisinin iyirmiillik işğalına qarşı immunitet əldə edibsə, taleyin başqa dönüklüyünə də birtəhər dözər.

“İlham Əliyevin neft və qaz hesabına uğur qazanan hakim klanının işgüzar bumu karbohidrogenlər satışında fasilələr ilə əvəz etmək, bəlkə də bazarları müvəqqəti itirmək o qədər də ürəyincə olmayacaqdır”.

Təkrar edirik: Azərbaycan xalqının neft çıxarmaq üçün torpağa ehtiyacı yoxdur, öz torpağını geri qaytarmaq üçün neftə ehtiyacı var. Neft alınır və satılır, torpaq - yox! Azərbaycan xalqı ermənilərə öz torpaqlarını yetərincə hədiyyə etmişdir. Azərbaycan Qarabağ üzərində faktiki suverenliyini bərpa edəcəkdir.

“Bakının döyüşkən kampaniyası həm də öz xalqını aldatmağa xidmət edir”.

Əgər vətənin işğal edilmiş hissəsinin azad olunmasına istiqamətlənmiş “döyüşkən ritorika” “öz xalqını aldatmaq” deməkdirsə, onda, şair demişkən, xalqı aldatmaq çətin deyil, xalq özü də aldanmasına sevinir. Qoy bizi “aldatsınlar” və Vətənimizi bizə qaytarsınlar. Biz bu cür “aldanmağa” sevinərik.

“Bakının Dağlıq Qarabağ üzərinə yeni yürüş haqqında prinsipial qərar qəbul etməsi üçün onun öyrənməli olacağı müəmmaların heç də tam olmayan siyahısı belədir”.

Təşəkkür edirik, hökmən öyrənərik.

“Rusiyada milyonlarla erməni və azərbaycanlı vardır. O, iki xalq arasında yeni qırğından kənarda və ya buna laqeyd qala bilməz. Buna şübhə ola bilməz”.

Rusiyada həmişə, ən azı müharibənin ilk illərində xeyli erməni və azərbaycanlı yaşayırdı. Bütün bu illər ərzində heç bir yenilik baş verməmişdir. Bundan əlavə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvləri arasında heç vaxt heç bir “Qarabağ” olmamışdır, həmçinin bu ərazidə rusiyalı sülhməramlılar və Rusiya vətəndaşları yoxdur və olmamışdır. Odur ki, Cənubi Osetiya ssenarisi burada təkrar edilə bilməz.

“Sual edilir, nə üçün ATƏT-in fəaliyyətdə olan sədri bu münaqişənin həllində güc tətbiq edilməməsi haqqında saziş bağlanması ideyasını Bakının qarşısında birbaşa dəstəkləyə bilmir...”

Bu mövzunu yuxarıda müzakirə etdik. Bakı güc tətbiq edilməməsinin qanun çərçivəsindən kənara çıxarılmasına tamamilə tərəfdardır. Lakin güc tətbiq edilməsini işğal başa çatandan sonra deyil, işğal başlayana qədər və ya ona son qoyulandan sonra qadağan etmək lazımdır. Heç kəs ərazini işğal edəndən sonra güc tətbiq edilməməsinin tərəfdarı kimi çıxış edə bilməz.

“Burada hərbi həll yolu yoxdur demək azdır - müharibənin yolverilməz olması vurğulanmalıdır. İfrat siyasi korrektlik xalqlara çox baha başa gələ bilər”.

Düzdür! Müharibə prinsip etibarilə yolverilməzdir, amma həll edilməmiş münaqişənin ortasında yox! Qeyri-qanuni aksiya olan müharibənin nəticələrinin legitimləşdirilməsi yolverilməzdir. Bu yalnız Ermənistan ilə Azərbaycan arasında bütün dünya tərəfindən, o cümlədən Rusiya tərəfindən tanınmış dövlət sərhədi bərpa ediləndən sonra ola bilər.

Hər bir münaqişənin hərbi həlli isə həmişə vardır və olmuşdur (tarix boyu hələ heç kəs müharibəni qadağan edə bilməmişdir), lakin indi bu barədə danışmayaq.

“Minsk qrupunun həmsədrləri heç nədən çəkinmədən yeni iri insident baş verəcəyi, xüsusən hərbi əməliyyatların yenidən başlanacağı hal üçün qabaqcadan birgə bəyanat hazırlaya bilər və onun təqsirkar tərəfə dərhal təqdim edilməsini nəzərdə tuta bilər. Üç dövlətin hər biri eyni mətni həmin tərəfə ikitərəfli qaydada təqdim edərək onların kollektiv aksiyasının vacibliyini vurğulaya bilər”.

Belə sənədi çoxdan hazırlamaq və onu özgəsinin ərazisini işğal edən tərəfə təqdim etmək vaxtıdır. Azərbaycan belə tərəf deyildir.

“Həmsədr dövlətlərin Qarabağda hadisələrin gedişinin sərt dəyişməsinə hazır olması faktının özü çılğın başları onların nəzərdə tutduğu tədbirlərin nəticələrini bir daha ölçüb-biçməyə məcbur edəcəkdir. Sənədlərin hazırlanmasını hadisələr başa çatana qədər təxirə salmayıb hadisələri qabaqlamaq çox vacibdir”.

Gözəl təklifdir. Həmsədrlər gərək çoxdan qabaqlayıcı mövqe tutaraq Ermənistana belə sənəd təqdim edəydilər, ondan yenilənmiş Madrid prinsiplərini qəbul etməsini tələb edəydilər. Hətta ultimatum səviyyəsində.

“Azərbaycan tərəfin hərbi əməliyyatları bərpa etmək ehtimalına yönəlmiş məlum xətalarının yuxarıda göstərilən siyahısı ilə ictimaiyyətin geniş tanış edilməsi də mühüm rol oynaya bilərdi”.

Azərbaycan birinci müharibənin səbəblərini yaxşı öyrənmişdir. O, ikinci dəfə bu cür səhvlərə yol verməyəcəkdir. Bu dəfə heç bir daxili çəkişmə ayrı-ayrı səhra komandirlərinin pərakəndə dəstələrini öz mövqelərini tərk edərək hakimiyyəti bölüşmək üçün Bakıya cummağa, müdafiəsiz qalmış şəhərlərə və kəndlərə maneəsiz hücum edilməsi üçün cəbhəni boş qoymağa məcbur etməyəcəkdir. YƏQİN bilin ki, bu dəfə belə olmayacaqdır. Odur ki, Vladimir Nikolayeviç, biz keçən müharibədən ibrət dərsi almışıq. Bu dəfə müharibə özümüzün salamat qalmağımız üçün deyil, düşməni məhv etmək üçün olacaqdır. Hətta həyatımız bahasına olsa belə. Deyəsən, birinci müharibə nəticəsində sizdə saxta stereotiplər yaranmışdır.

Qarabağ kim üçün vətəndir - ermənilər üçün, yoxsa azərbaycanlılar üçün - siz bunu bu dəfə biləcəksiniz.

Buna görə də sizə möhkəm cansağlığı arzu edirik ki, siz o günə qədər yaşayasınız və hər şeyi özünüz yəqin edəsiniz.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Bakı-Qazax yolunda yük avtomobili aşıb, 3 nəfər ölüb

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

Millinin futbolçusu: Xal rekordunu yeniləmək bizim üçün qürurverici və gözəl hissdir

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq –  ŞƏRH  VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır