VOKALÇILARIN BÜLBÜL ADINA III BEYNƏLXALQ MÜSABİQƏSİ AÇILMIŞDIR
Müsabiqənin Təşkilat Komitəsinin sədri, mədəniyyət naziri, xalq artisti, professor Polad Bülbüloğlu qonaqları salamlayaraq demişdir ki, vokalçıların Birinci beynəlxalq müsabiqəsi görkəmli müğənni Bülbülün anadan olmasının 100 illiyi ərəfəsində, 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti, xalqımızın ümummilli lideri, mədəniyyətimizin təəssübkeşi Heydər Əliyevin Sərəncamı ilə keçirilmişdir. İkinci müsabiqə isə 2000-ci ildə olmuşdur. Sonra natiq üç turdan ibarət üçüncü müsabiqədə dünyanın müxtəlif ölkələrinin məşhur musiqiçı və incəsənət xadimlərindən ibarət münsiflər heyətini iştirakçılara təqdim etmiş və qaliblər üçün nəzərdə tutulmuş nominasiyalar və mükafatlar barədə məlumat vermişdir. Münsiflər heyətinin sədri, SSRİ xalq artisti, akademik İrina Arxipova mərasimdə çıxış edərək, iştirakçılara uğurlar arzulamışdır.
Xatırladaq ki, müsabiqənin “Qran-Pri” mükafatçısına 10 min ABŞ dolları, 1-ci yerin sahibinə 5 min ABŞ dolları, 2-ci, 3-cü və 4-cü yerləri tutanlara, digər xüsusi nominasiyalarda fərqlənən ifaçılara da müvafiq pul mükafatları təqdim olunacaqdır. Münsiflər heyətinin rəyi əsasında Bakı Musiqi Akademiyasının bir tələbəsinə təhsilini bitirənədək təqaüd veriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:13]
“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib
- 07.10.2026 [10:26]
Səməd Vurğunun oğlu: Sonra anam balışının altından tapança tapdı…
- 06.10.2026 [20:59]
Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi
- 06.10.2026 [18:17]
Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu
- 06.10.2026 [18:10]
Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir
- 06.10.2026 [18:00]