Volodimir Zelenski Ukrayna ordusunun Baxmut istiqamətindəki ön mövqelərinə baş çəkib
Bakı, 29 iyul, AZƏRTAC
Prezident Volodimir Zelenski Ukrayna ordusunun xüsusi əməliyyat qüvvələrinin Baxmut istiqamətindəki ön mövqelərinə baş çəkib.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Telegram kanalında yazıb. O, Çasovoy Yarda komandirin əməliyyat vəziyyəti ilə bağlı məruzəsini dinlədiyini, hərbçilərlə söhbət etdiyini bildirib. Volodimir Zelenski döyüşçülər qarşısında çıxışından və mükafatların təqdimat mərasimindən videogörüntülər də yayımlayıb.
İyulun 25-də Ukrayna Silahlı Qüvvələri quru qoşunlarının komandanı Aleksandr Sırski komandanlığın Baxmut və Krasnolımansk istiqamətlərində mürəkkəb vəziyyətlə əlaqədar planlarına düzəlişlər edildiyini açıqlamışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [21:23]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:15]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [18:24]