Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Vüqar Həşimov Memorial-2022”nin iştirakçıları

“Vüqar Həşimov Memorial-2022”nin iştirakçıları

Bakı, 17 dekabr, AZƏRTAC

Dekabrın 18-də Bakıda Azərbaycanın görkəmli şahmatçısı, Avropa çempionu, beynəlxalq qrosmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan sayca səkkizinci beynəlxalq turnir start götürəcək.

AZƏRTAC xəbər verir ki, 10 şahmatçının iştirakı ilə baş tutacaq turnir rapid və blits üzrə təşkil olunacaq. Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə keçiriləcək. Yarışa “Fairmont Baku” oteli ev sahibliyi edəcək.

Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov iki (2016, 2017), ABŞ təmsilçisi Fabiano Karuana bir (2021) dəfə turnirin qalibi olublar.

Mötəbər turnirin iştirakçıları:

Şəhriyar Məmmədyarov (rapid: 2746, blits: 2733) 1985-ci ildə anadan olub. Azərbaycan millisinin heyətində üçqat Avropa çempionu (2009-cu, 2013-cü, 2017-ci) olan Ş.Məmmədyarov 2003-cü və 2005-ci illərdə gənclər arasında dünya çempionu adını qazanıb. Təmsilçimiz 2013-cü ildə sürətli şahmat üzrə dünya çempionu, 2017-ci ildə isə FIDE Qran-Pri seriyasının qalibi olub.
Azərbaycanın ən güclü şahmatçılarından olan Rauf Məmmədov (rapid: 2578, blits: 2649) 1988-ci ildə dünyaya göz açıb. O, 2004-cü ildə Dubayda keçirilən beynəlxalq turnirdə qazandığı qələbə sayəsində qrosmeyster adına sahib olub. R.Məmmədov müxtəlif illərdə (2009-cu, 2013-cü, 2017-ci) milli komandanın heyətində Avropa çempionu olub. Şahmatçımız 2009-cu ildə ABŞ-da keçirilən 16-cı kateqoriyalı SPICE turnirində qızıl medal qazanıb. 2011-ci ildə “Corsica Masters”, 2015-ci ildə isə Minskdə təşkil olunan blits üzrə Avropa çempionatını birinci pillədə başa vurub. “Vüqar Həşimov” klubunun üzvü olan şahmatçı 2021-ci ildə klublararası Avropa çempionatında üçüncü yeri tutub.
Macarıstan şahmatçısı Riçard Rapport (rapid: 2802, blits: 2654) 1996-cı ildə doğulub. Qrosmeyster adına gənc yaşlarında sahib olan şahmatçı 2017-ci ildə - 13 yaş 11 ay 6 günlüyündə Macarıstan çempionu olub. Super turnirlərin iştirakçısı və mükafatçısı olan R.Rapport son illər yüksək nəticələr göstərərək dünyanın ən güclü şahmatçıları sırasında yer alıb.
Çin şahmatçısı Van Hao (rapid: 2721, blits: 2628) 1989-cu ildə anadan olub. On altı yaşadək şahmatçılar arasında Olimpiadanın (2002-ci və 2004-cü illər) ikiqat qalibi olan Van Hao Yakutsk, Dubay, Kuala-Lumpur və Reykyavikdə təşkil olunan beynəlxalq turnirləri qələbə ilə başa vurub. 2010-cu ildə Çin çempionu adına sahib olub. Şahmatçı 2017-ci ildə Asiya çempionatını birinci pillədə başa vurub. 2019-cu ildə Men adasında keçirilən beynəlxalq turnirin qalibi olmaqla iddiaçılar turnirində iştirak hüququ qazanıb və yarışda mübarizə aparıb.
Semuel Şenklend (rapid: 2657, blits: 2612) 1991-ci ildə anadan olub. 2016-cı ildə ABŞ millisinin heyətində Bakıda təşkil olunan 42-ci Ümumdünya Şahmat Olimp iadasında qızıl medal qazanan Semuel Şenklend iki il sonra ölkə çempionu adına sahib olub. Qrosmeyster 2008-ci ildə 18 yaşadək şahmatçılar arasında dünya çempionatında bürünc, 2010-cu ildə isə ABŞ-da gənclər arasında çempionatda qızıl medal qazanıb.
Nodirbek Abdusattorov (rapid: 2676, blits: 2666) 2004-cü ildə anadan olub. 2015-ci ildə 11 yaşında Beynəlxalq Şahmat Federasiyasının “Ən yaxşı 100 yeniyetmə” siyahısına daxil olub. Özbəkistanlı şahmatçı bu siyahıya düşmə yaşına görə rekord müəyyənləşdirib. 2021-ci ildə Polşanın paytaxtı Varşavada təşkil olunan rapid üzrə dünya çempionatının qalibi olan qrosmeyster cari ildə Hindistanın Çennai şəhərində keçirilən 44-cü Ümumdünya Şahmat Olimpiadasında Özbəkistan millisinin heyətində qızıl medala sahib olub.
Abdulla Qədimbəyli (rapid: 2399, blits: 2399) 2002-ci ildə anadan olub. Beş yaşından şahmatla məşğul olan A.Qədimbəyli 2009-cu, 2010-cu illərdə ikiqat Avropa çempionu, 2009-2011-ci və 2014-cü illərdə dördqat Azərbaycan çempionu olub. Şahmatçı 2010-cu ildə Yunanıstanın Halkidiki şəhərində yeniyetmə şahmatçılar arasında 34-cü dünya çempionatının qalibi adını qazanıb. Abdulla Qədimbəyli 2012-ci ildə Avropa kuboku yarışında və 2013-cü ildə dünya çempionatında ikinci, 2014-cü ildə "Dubay Open" beynəlxalq şahmat turnirində üçüncü olub. 2015-ci ildə isə Al-Ain beynəlxalq çempionatında öz həmyaşıdlarını məğlub edərək birinci pillədə qərarlaşıb. 2018-ci ildə kişilər arasında Azərbaycan çempionu olub, 2022-ci ildə qrosmeyster tituluna yiyələnib.
Valeho Pons (rapid: 2682, blits: 2644) 1982-ci ildə anadan olub. O, 10 və 12 yaşadək şahmatçılar arasından Avropa və dünya çempionatlarında dəfələrlə mükafatçılar sırasında yer alıb. 2006-cı, 2009-cu, 2014-2016-cı illərdə İspaniya çempionu olan Valeho Pons 2000-ci ildə 18 yaşadək idmançılar arasında dünya çempionatını birinci pillədə başa vurub. Dörd dəfə İspaniya millisinin heyətində Ümumdünya Şahmat Olimpiadasında çıxış edən qrosmeyster iki dəfə Avropa çempionatında mübarizə aparıb.
Aydın Süleymanlı (rapid: 2503, blits: 2481) 2005-ci ildə anadan olub. Yeniyetmələr arasında dünya və ikiqat Avropa çempionu, “Aeroflot Open 2020” turnirinin qalibi olan A.Süleymanlı isə 2021-ci ildə “Vüqar Həşimov” klubunun heyətində klublararası Avropa kuboku yarışında bürünc medala sahib olub. Qrosmeyster 2019-cu ildə milli komandanın heyətində Türkiyənın Çorum şəhərində keçirilmiş 16 yaşadək şahmatçılar arasında Ümumdünya Şahmat Olimpiadasının qalibi olub
Qukeş Dommaracu (rapid: 2632, blits: 2632) 2006-cı ildə anadan olub. 2012-ci məktəblilər arasında Asiya, 2018-ci ildə isə 12 yaşadək şahmatçılar arasında dünya çempionu olan Q.Dommaracu 12 yaşında qrosmeyster tituluna yiyələnib. Hindistan təmsilçisi tarixdə ikinci ən gənc qrosmeyster adına sahib olan şahmatçıdır. O, 2022-ci ildə Hindistanın Çennai şəhərində keçirilən 44-cü Ümumdünya Şahmat Olimpiadasında birinci lövhədə qızıl medal qazanıb.

“Vüqar Həşimov Memorialı-2022” dekabrın 23-dək davam edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ

Cənub-Şərqi Avropanın biznes və texnologiya liderləri Buxarestdə bir araya gəlib

Azərbaycana sərmayələrin artması ölkədəki iqtisadi sabitliyi göstərir ŞƏRH

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir

Nərgiz Cabbarlı: Xaqani irsinin daha dərindən tədqiqinə və geniş təbliğinə ehtiyac var

Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub

Fransada lisey şagirdlərinin etirazları genişlənir

HTP qalibi: Mərakeşdə psixologiya üzrə təhsil alacaq ilk azərbaycanlı tələbə olacağam

Naxçıvanda alternativ və bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı artıb

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub

Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub

Kreml: Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmayacağına ümid edir

Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid

Azərbaycanlı sürrealist rəssamın əsərləri İspaniyanın "People Art Factory" layihəsində

Millinin futbolçusu: Şotlandiya ilə oyunda xal və ya xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik

Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər

Sərdar Ünsal: 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir

Kimya İnstitutunda hidrogen enerjisi və yeni nəsil materiallar üzrə tədqiqatlar aparılır

Qlobal investorların İkinci Beynəlxalq Forumda iştirakı ölkəmizin investisiya mühitinə etimadı artırır

Avropada qaz anbarlarının doluluq nisbəti ilin bu dövrü üçün ən aşağı səviyyədədir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır

Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb

Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb

Süni mayalanma və embrion köçürülməsi ilə əldə edilən buzov və balağlara görə yeni subsidiya mexanizmi tətbiq olunur

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub

Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək

Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır - ŞƏRH

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

Gömrük əməkdaşları 4 milyon dollarlıq brilyant qaşların Azərbaycana qanunsuz gətirilməsinin qarşısını alıb

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Gənc alim: Çin-Azərbaycan ədəbi əlaqələri humanitar dialoqun dərinləşdirilməsinə töhfə verir

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərində baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb VİDEO

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb VİDEO

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır VİDEO

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır VİDEO