Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vüqar Rəhimzadə: BMT-dən Fransa və Ermənistana növbəti zərbə

Vüqar Rəhimzadə: BMT-dən Fransa və Ermənistana növbəti zərbə

BMT Təhlükəsizlik Şurasında aparılan müzakirələr Azərbaycanın diplomatik qələbəsi oldu

Bakı, 17 avqust, AZƏRTAC

Hazırda günümüzün əsas müzakirə mövzusu avqustun 16-da BMT Təhlükəsizlik Şurasında Azərbaycanın Qarabağ bölgəsinin ermənilərin yaşadığı hissəsinin Ermənistanla birləşdirən Laçın-Xankəndi yolunun guya “bağlanmasından” sonra yaranmış “humanitar böhran”ın müzakirəsi və ölkəmizin növbəti diplomatik uğurudur. Ermənistan yenə də ona havadarlıq edən dövlətlərin dəstəyinə arxalanaraq BMT Təhlükəsizlik Şurasına müraciət etdi və daim ədalətin, beynəlxalq hüququn yanında olan Azərbaycanın diplomatik gücünün bir daha şahidinə çevrildi. Onu da qeyd edək ki, bu, Fransa və Ermənistanın növbəti iflasıdır. Belə ki, ötən ilin dekabrında da sözügedən məsələnin BMT Təhlükəsizlik Şurasında qaldırılmasına cəhd göstərilsə də, nəticəsiz qalmışdı. Təbii ki, Ermənistanın bu əsassız təbliğatları, yalanları, beynəlxalq ictimaiyyətin diqqətini məsələnin əsl mahiyyətindən yayındırmaq cəhdləri bizə 30 illik işğal dövrünün reallıqlarını yada salmağa çağırış edir. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz yeni reallıq yaratsa da keçmişdə yaşananlar, eyni zamanda, dünyada ədalət və beynəlxalq hüquq prinsiplərinin hansı şəkildə tətbiq edildiyi və qorunduğu unudulmur. İşğalçını adı ilə çağırmağın bəzi güclər üçün nə qədər “çətin” olmasına baxmayaraq, Ermənistana hərtərəfli dəstək belə qənaət yaradırdı ki, sanki təcavüzkarı müdafiə etmək beynəlxalq hüququn prinsipidir. Amma Azərbaycan keçmişdə qalan Qarabağ münaqişəsinin həllində vacib amillərdən bəhs edərkən beynəlxalq dəstəyi önə çəksə də bununla kifayətlənmədi, əksinə, daxildə daha da möhkəmləndi və tarixi ədaləti öz gücünə bərpa etdi.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə AZƏRTAC-a açıqlamasında bildirib.

Vüqar Rəhimzadə diqqəti Azərbaycan Xarici İşlər Nazirliyinin BMT-də aparılan müzakirələrlə bağlı bəyanatına yönəldərək vurğulayıb ki, Ermənistanın BMT Təhlükəsizlik Şurasından növbəti dəfə şantaj kampaniyası üçün istifadə etmək cəhdi uğursuzluğa düçar oldu. Belə bir ali orqanı Ermənistanın bu cür manipulyasiya və istismar etmək səyləri postmünaqişə dövründə normallaşma gündəliyinin irəli aparılması baxımından qeyri-məhsuldar olmaqla yanaşı, son dərəcə destruktivdir. Bəyanatda, həmçinin bildirilir ki, Azərbaycan Ermənistanın məsələlərin həll yolunun konstruktiv qarşılıqlı fəaliyyət, habelə beynəlxalq hüququn normalarının və bu çərçivədə götürülmüş öhdəliklərin vicdanla yerinə yetirilməsindən keçdiyini anlayacağına ümid edir. BMT Təhlükəsizlik Şurasının çoxsaylı üzvləri tərəfindən vurğulandığı kimi, regionda sülhün və sabitliyin əsası həm sözdə, həm də əməldə suverenliyin və ərazi bütövlüyünün tanınmasıdır. Bir daha təsdiq edildi ki, belə müzakirələrə ehtiyac yox idi. Məsələ BMT və digər platformalarda deyil, yerində həll olunmalıdır. Azərbaycanın ərazi bütövlüyünə hörmət ifadə edildi və Ağdam yolunun açılması vacib sayıldı. Ən əsası Azərbaycanın yerində vəziyyətə nəzarət etməsi faktı qəbul edildi. Sual olunur: Ermənistan bundan sonra sülhdən necə danışacaq? Azərbaycanın irəli sürdüyü sülh təklifi beynəlxalq hüququn 5 əsas prinsipini özündə ehtiva edir ki, onların sırasında ərazi bütövlüyünün tanınması əsas şərtlərdəndir. Ermənistan sülh müqaviləsinin imzalanması ilə bağlı keçirilən görüşlərdə bu prinsipləri dəstəkləsə də Azərbaycan bunun sənəddə qeyd edilməsinə çağırış edir.

YAP Xətai rayon təşkilatının sədri onu da qeyd edib ki, mayası yalan, hiylə və xəyanətlə yoğurulan ermənilər beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq üçün total böhtan və feyklərdən istifadə etsələr də, son nəticədə yalanın həqiqət üzərində qələbəsinin mümkünsüzlüyünün şahidinə çevrilirlər. BMT Təhlükəsizlik Şurasındakı müzakirələr Ermənistan diplomatiyasının tam iflasıdır. Ermənistanın, erməni diasporunun, ermənipərəst dairələrin səyləri növbəti dəfə nəticəsiz qaldı. Qısa desək, toplaşdılar, söhbətləşdilər və dağılışdılar. Yaşanan bu mənzərə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 44 günlük İkinci Qarabağ müharibəsində bütün çıxışlarında, xalqa müraciətlərində hər kəsin səbirsizliklə gözlədiyi bu ifadəni bir daha yada saldı: nə oldu, Paşinyan? Ermənistan və ona havadarlıq edən dövlətlər artıq bu reallığı qəbul etmək məcburiyyətindədirlər ki, yalanlarının ayaq tutub yeridiyi zamanlar Birinci Qarabağ müharibəsi dövründə qaldı. Artıq Azərbaycan o dövrün Azərbaycanı deyil. Bu günə qədər ermənipərəst siyasəti ilə diqqətdə olan, ölkəmizin əleyhinə təbliğat aparan bəzi dünya güclərinin də bu gün Qarabağın Azərbaycana məxsus olduğunu söyləmələri Azərbaycanın real faktlara, tarixi həqiqətlərə söykənərək imza atdığı tarixi Zəfərinin təqdimatıdır. Azərbaycan Qarabağın ədalət, milli qürur məsələsi olduğunu döyüş meydanında bir daha işğalçı Ermənistana və onun havadarlarına sübut etdi. Ermənilərin feyk xəbərləri tarixi Zəfərimizlə fiaskoya uğradı. Lakin postmünaqişə dövründə Ermənistanın və onu dəstəkləyənlərin etdikləri cəhdlərin kökündə sülh müqaviləsinin imzalanması prosesini uzatmaq, müxtəlif bəhanələrlə bu vacib addımı atmaqdan yayınmaq durur. BMT Təhlükəsizlik Şurasına edilən müraciət və qurumun bu məsələ ətrafında apardığı müzakirələr də bu siyasətin tərkib hissəsidir. Müzakirələr Azərbaycanın diplomatik qələbəsi ilə sona çatsa da bu mühüm məqamı qeyd etməliyik ki, dünyada sülhün və təhlükəsizliyin təminatında əhəmiyyətli rola malik olan bir qurum sözsüz ki, belə müzakirələrdən əvvəl araşdırmalara, gündəmə gətirilən məsələnin nə dərəcədə reallığı özündə əks etdirməsinə xüsusi diqqət yetirməlidir. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməni təkbaşına icra edən Azərbaycan hər addımında ədalətə və beynəlxalq hüquqa söykəndiyini nümayiş etdirir.

Vüqar Rəhimzadə Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyevin iclasdakı çıxışına diqqəti yönəldərək bildirib ki, qeyd edildiyi kimi, Ermənistanın humanitar məsələ kimi təqdim etməyə çalışdığı, əslində, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirmək üçün aparılan təxribat xarakterli və məsuliyyətsiz siyasi kampaniyadır. Hadisələrin gedişi bir daha sübut edir ki, Ermənistan məsələni həll etmək niyyətində deyil. Bunun əvəzində beynəlxalq səviyyədə manipulyasiya və çaşqınlıq səylərini davam etdirmək məqsədilə regionda gərginliyi süni şəkildə alovlandırmağa çalışır. Müzakirələrdə bir daha bu reallıq diqqətə çatdırıldı ki, “Laçın dəhlizi” adlanan yol Azərbaycanın suveren ərazisi daxilində nəzərdə tutulmuş yoldur. Azərbaycan üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərə sadiq qalaraq bu yolda hərəkətə icazə verib. Azərbaycan Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi təsis etdikdən sonra da bu, olduğu kimi qalır. Sərhəd-buraxılış məntəqəsi Azərbaycanın suverenliyini və təhlükəsizliyini qorumaq üzrə təməl hüququ çərçivəsində yaradılıb. Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 6 iyul tarixli yekdil qərarı Ermənistanın nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müvəqqəti tədbir görmək tələbini rədd edərək, Ermənistanın “Laçın” keçid məntəqəsinin qanunsuz olması ilə bağlı iddialarını qəti şəkildə təkzib edib. Belə bir əminlik də ifadə edildi ki, beynəlxalq ictimaiyyət və ilk növbədə, Təhlükəsizlik Şurası bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və hörmət edilməsi yolu ilə hər iki ölkənin legitim maraqlarına uyğun olaraq, bərabər və qarşılıqlı hörmətə əsaslanan bu yanaşmanı dəstəkləyəcək. Beynəlxalq hüquq da, ədalət də Azərbaycanın tərəfindədir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Paytaxtın bəzi yollarında sıxlıq müşahidə olunur

Vaşinqtonda keçirilən Trans-Xəzər Forumu Orta Dəhlizin artan strateji rolunu önə çıxarıb

Futbol üzrə dünya çempionatı start götürür

Finlandiya 15 yaşdan aşağılar üçün sosial media qadağasını nəzərdən keçirir

Çində partlayış nəticəsində 7 nəfər ölüb

Belçikada sosial mənzillərin bölgüsündə illərlə davam edən saxtakarlıq aşkarlanıb

ABŞ senatoru: Mərkəzi Asiyada və Qafqazda artan iqtisadi inteqrasiya birgə maraqlara xidmət edəcək

Trampdan xəbərdarlıq: Razılaşma olmazsa, İrana zərbələr davam edəcək

ABŞ ordusu İranda bir neçə hədəfə zərbələr endirdiyini açıqlayıb

Pit Heqset: ABŞ bu gecə İrana sərt hərbi zərbələr endirəcək

“Maritsa Səhnələri” festivalında Azərbaycanın zəngin mədəni irsi nümayiş etdirilib

Bakıda meditasiya və daxili harmoniya mövzusunda görüş: Sri-Sri Ravi Şankarın mesajları

Sülh Şurasının baş müşaviri: Orta Dəhlizi dünyanın əsas ticarət marşrutlarından birinə çevirə bilərik

Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektoru artıq iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilib – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektoru artıq iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilib – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Nazir: Özəl kapital dövlət investisiyalarını üstələyir VİDEO

Nazir: Özəl kapital dövlət investisiyalarını üstələyir VİDEO

Sri-Sri Ravi Şankar: Dünyadakı münaqişələrin bitməsinin yeganə çıxış yolu dialoqdur

Sahibkarlığın inkişafı üçün kredit, zəmanət və startap dəstəyi mexanizmləri tətbiq edilir VİDEO

Sahibkarlığın inkişafı üçün kredit, zəmanət və startap dəstəyi mexanizmləri tətbiq edilir VİDEO

Qarabağda və Şərqi Zəngəzurda güzəştlərin müddətinin uzadılması nəzərdən keçirilir VİDEO

Qarabağda və Şərqi Zəngəzurda güzəştlərin müddətinin uzadılması nəzərdən keçirilir VİDEO

Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir VİDEO

Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir VİDEO

Nazir: Əlavə gəlirlər ehtiyatların artırılmasına yönəldilir VİDEO

Nazir: Əlavə gəlirlər ehtiyatların artırılmasına yönəldilir VİDEO

Azərbaycan və Avstriya Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

“Kölgə iqtisadiyyatı” ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə olunub VİDEO

“Kölgə iqtisadiyyatı” ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə olunub VİDEO

Ruhani lider: Azərbaycan insanlar arasında sülhün və qarşılıqlı anlaşmanın tapılması üçün çox yaxşı bir körpü ola bilər

İqtisadiyyat naziri: Data mərkəzlərinin inkişafı prioritet layihələrimizdəndir -  EKSKLÜZİV VİDEO

İqtisadiyyat naziri: Data mərkəzlərinin inkişafı prioritet layihələrimizdəndir - EKSKLÜZİV VİDEO

Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb VİDEO

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb VİDEO

Azərbaycanın lavanda rəngləri Bolqarıstanda “Soleil” beynəlxalq festivalında təqdim olunub

Mikayıl Cabbarov: Ölkənin xarici borcu azalma tendensiyasındadır və ehtiyatları artır - EKSKLÜZİV VİDEO

Mikayıl Cabbarov: Ölkənin xarici borcu azalma tendensiyasındadır və ehtiyatları artır - EKSKLÜZİV VİDEO

Həsən Həsənov: İndiyədək azərbaycanlılarla macarları birləşdirən çoxlu sayda sözün qohumluğunu sübut edə bilmişəm

Laçın şəhərində yeni yol nişanları quraşdırılıb və xətlər yenidən çəkilib VİDEO

Laçın şəhərində yeni yol nişanları quraşdırılıb və xətlər yenidən çəkilib VİDEO

Azərbaycan millisinin üzvü "Şamaxı"da

Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir

Azovda yük gəmilərinə dron hücumunda həlak olmuş 4 Azərbaycan vətəndaşının nəşləri ölkəyə gətirilib

Batut gimnastikası və tamblinq üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub

Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb

ABŞ senatoru: Azərbaycan və region ölkələri ilə münasibətlər strateji səviyyəyə yüksəlib

Hacıqabul rayonunda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Hacıqabul rayonunda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB

Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib

"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb

Bu saata olan əsas xəbərlər

“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 415-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Hikmət Hacıyev: Yaxın Şərqdə münaqişənin kəskinləşməsi şəraitində Orta Dəhliz əlavə əhəmiyyət qazanır

İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır

Dünya Kuboku: BMT Vaşinqtonu miqrasiya siyasətini “hərtərəfli” nəzərdən keçirməyə çağırır

İtaliyalı ekspert: Azərbaycanın azad edilmiş əraziləri innovativ şəhərsalma laboratoriyasına çevrilir

Prezidentin köməkçisi: Türk dünyası yeni siyasi reallığa və geniş Avrasiya qitəsində əməkdaşlıq platformasına çevrilir

Putin miqrantların tibbi müayinədən keçirilməsi ilə bağlı yeni qaydaları nəzərdə tutan qanunu imzalayıb

“Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı olub VİDEO

“Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı olub VİDEO

Türkiyənin İzmir Yüksək Texnologiya İnstitutunun nümayəndə heyəti Qarabağ Universitetində olub

Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb VİDEO

Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb VİDEO

İkiqat Avropa çempionu olan baş məşqçi: Azərbaycanın futbol ölkəsi olmadığı fikri ilə razı deyiləm – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

İkiqat Avropa çempionu olan baş məşqçi: Azərbaycanın futbol ölkəsi olmadığı fikri ilə razı deyiləm – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Hikmət Hacıyev: Regionda sülhün bərqərar olmasından sonra Azərbaycanın xarici siyasətində yeni imkanlar yaranıb

ABŞ səfirliyinin nümayəndə heyəti Azərbaycan İdman Akademiyası ilə tanış olub

Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub YENİLƏNİB VİDEO

Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub YENİLƏNİB VİDEO

“Code for Future” layihəsinin cari il məzunları 87 faiz performans göstəriblər

Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib

ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib

Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan

Azərbaycanın zəngin mədəni irsi “İpək Yolu – 2026” festivalında nümayiş olunub

Samir Mahmudov: Sağlam cəmiyyətin təməli möhkəm ailə və hüquqi maarifləndirmədən keçir VİDEO

Samir Mahmudov: Sağlam cəmiyyətin təməli möhkəm ailə və hüquqi maarifləndirmədən keçir VİDEO

® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib

Psixoloq: Sosial şəbəkə məhdudiyyətləri uşaqların emosional inkişafına müsbət təsir edəcək

Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsi və yaşıl enerji perspektivləri - ŞƏRH

“Abşeron Şərab 1” MMC-nin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib

ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb

Astanada İpək Yolunun gələcəyi – energetikadan mədəniyyətə qədər müxtəlif istiqamətlər müzakirə olunub

Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb

İsmət Əliyev: Risk altında olan uşaqların müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür VİDEO

İsmət Əliyev: Risk altında olan uşaqların müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür VİDEO

Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb

COP31 Sədrliyi 2035-ci ilədək qlobal elektrikləşmənin 35 faizə çatdırılmasını hədəfləyir

Oğuzda ilk dəfə keçirilən “Aykido və Yapon Mədəniyyəti Günü” festivalı böyük marağa səbəb olub VİDEO

Oğuzda ilk dəfə keçirilən “Aykido və Yapon Mədəniyyəti Günü” festivalı böyük marağa səbəb olub VİDEO

Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir

Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir

® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər

Anar Bağırov: Uşaqların hüquqlarının müdafiəsində vəkilliyin rolu xüsusi əhəmiyyət daşıyır

Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO

Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO

Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilib

Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY

Əmək müqaviləsi ilə çalışmaq işçiyə hansı hüquqlar verir?

Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb

Yaxın Şərqdəki münaqişə qlobal neft tədarükündə 1 milyard barel itkiyə səbəb olub

“Rəqəmsal həllərdə dövlət-özəl tərəfdaşlığı” mövzusunda infosessiya baş tutub

Emin Əmrullayev: Uşaqların rəqəmsal mühitdə davranışları ilə bağlı qərarlar faktlara və araşdırmalara əsaslanmalıdır VİDEO

Emin Əmrullayev: Uşaqların rəqəmsal mühitdə davranışları ilə bağlı qərarlar faktlara və araşdırmalara əsaslanmalıdır VİDEO

Nazir: Təhsil seçimləri maraq və bacarıqlara əsaslanmalıdır VİDEO

Nazir: Təhsil seçimləri maraq və bacarıqlara əsaslanmalıdır VİDEO

Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb

Milli Məclisdə kitabxana sisteminin aktual məsələlərinə həsr olunmuş ictimai müzakirə keçirilib

Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb

Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

Bəzi sosial şəbəkələrdə uşaqların intihara, terrorizmə, kiberbullinqə məruz qalma ehtimalı daha çoxdur VİDEO

Bəzi sosial şəbəkələrdə uşaqların intihara, terrorizmə, kiberbullinqə məruz qalma ehtimalı daha çoxdur VİDEO

ADU-da “Çin dili körpüsü” müsabiqəsinə yekun vurulub VİDEO

ADU-da “Çin dili körpüsü” müsabiqəsinə yekun vurulub VİDEO

Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir

Almaniya səfiri Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunmuş nailiyyətləri təqdir edib

Türk professor Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub

Qərbi Azərbaycan və Qarabağın mətbuat tarixi öyrənilir