Vyetnamda leysan və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 36-ya çatıb
Pekin, 14 oktyabr, AZƏRTAC
Son günlər Vyetnamda müşahidə olunan şiddətli yağışlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 36-ya çatıb.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, təbii fəlakət nəticəsində 12 nəfər itkin düşüb. Vyetnamın müvafiq qurumunun açıqlamasında deyilir ki, şiddətli yağışlar əsasən Quanqtri, Thuathienhue və Quanqnam vilayətlərində fəsadlara səbəb olub. Ölənlərin 30-u sel sularında boğulanlardır.
Bildirilir ki, 135 mindən çox evi su basıb, onlardan 585-i dağılıb. Bundan başqa, 870 hektar çəltik sahəsi də daxil olmaqla, ümumilikdə 5300 hektar əkin sahəsi yararsız hala düşüb, 332 min baş mal-qara və toyuq məhv olub. Əsas magistral yollar, habelə bəzi dəmir yolu xətlərinə ziyan dəyib.
Qeyd edək ki, oktyabrın 5-dən Vyetnamda şiddətli yağışlar yağır. Bəzi bölgələrdə yağıntının miqdarı 2 min millimetri ötüb. Təbii fəlakətin vurduğu maddi ziyan 215 milyon ABŞ dollarından çoxdur.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [15:44]
Aİ ölkələrində yanacağın qiyməti son bir ildə 23,8 faiz artıb
- 22.09.2026 [15:34]
Aİ-nin neft idxalının dəyəri ikinci rübdə 56 faizədək artıb
- 22.09.2026 [15:32]
Başqırdıstanda ticarət mərkəzində yanğın zamanı üç nəfər ölüb
- 22.09.2026 [14:58]
Gitanas Nauseda: ABŞ qoşunlarının yeni kontingenti artıq Litvaya yola düşür
- 22.09.2026 [14:48]
Türkiyədə məktəbdə baş verən silahlı insidentlə bağlı yayım qadağan olunub
- 22.09.2026 [14:14]