Xaçmaz regionu üzrə mədəniyyət müəssisələrində dezinfeksiya işləri davam edir
Bakı, 18 mart, AZƏRTAC
“Koronavirus (COVID-19) infeksiyasının mədəniyyət müəssisələrində yarada biləcəyi təhlükənin qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi üzrə Tədbirlər Planı”nın icrası ilə əlaqədar Xaçmaz Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarının mədəniyyət müəssisələrində dezinfeksiya işləri həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, dezinfeksiya işləri müvafiq qurumlardan dəvət olunmuş mütəxəssislər tərəfindən aparılır.