XALQ ARTİSTİ MİRZƏ BABAYEVİN XATİRƏ GECƏSİ KEÇİRİLMİŞDİR
Saraydan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, gecədə mədəniyyət naziri Polad Bülbüloğlu və digər natiqlər çıxış edərək, Mirzə Babayevin ölkəmizdə estrada musiqisinin inkişafındakı böyük xidmətlərindən, Dövlət caz orkestrinin ilk solistlərindən biri kimi onun çıxışlarının bu musiqi janrının respublikamızda geniş yayılmasında oynadığı mühüm roldan, müğənninin məlahətli səsindən, orijinal ifa tərzindən, yaşının müdrik çağlarında da əsl gənclik həvəsi ilə oxuduğu, dillər əzbəri olmuş mahnılarından, aktyorluğundan, memarlığından danışmış, xatirələrini söyləmişlər.
Teymur Babayev əmisinin xatirəsinə və yaradıcılığına göstərilən diqqətə və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə Mirzə Babayevin ailəsi adından minnətdarlığını bildirmişdir.
Gecədə xalq artisti Mirzə Babayevin çəkildiyi filmlərdən parçalar göstərilmiş, onun repertuarına daxil olmuş məşhur mahnılar incəsənət ustalarının ifasında səslənmişdir.
Axırda tədbir iştirakçıları mərhum sənətkarın həyat və yaradıcılığını əks etdirən fotosərgi ilə tanış olmuşlar.
Baş nazirin müavini Elçin Əfəndiyev və digər rəsmi şəxslər tədbirdə olmuşlar.