DÜNYA
Xərçəng hüceyrələrini öldürən molekulyar nanomaşınlar yaradılıb
Bakı, 13 yanvar, AZƏRTAC
Böyük Britaniya və ABŞ-dan olan tədqiqatçılar qrupu xərçəng hüceyrələrinin hüceyrə membranlarında deşiklər açaraq onları öldürməyə qadir olan yeni tip molekulyar maşın hazırlayıblar.
AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, qazma prosesi ultrabənövşəyi işığın təsiri altında saniyədə 2-3 milyon sürətlə fırlanan molekulların hissələrindən istifadə etməklə həyata keçirilir.
Molekulyar maşınlar xəstənin bədəninə mövcud üsullardan biri ilə daxil edilir. Bu molekullar qana daxil olduqdan sonra xüsusi kimyəvi xüsusiyyətlərinə görə xərçəng hüceyrələrini özləri aşkarlayaraq onların səthinə yapışırlar. Kənardan verilən ultrabənövşəyi işıq molekulyar maşının “qazmasını” işə salır və xərçəng hüceyrəsinin hüceyrə membranında onun ölümünə səbəb olan deşik yaranır.
Təcrübələr göstərdi ki, molekulyar maşınlar prostat xərçəngi hüceyrələri aktivləşdirildikdən cəmi üç dəqiqə sonra onları məhv edə bilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [19:20]
Avropa Komissiyasının diplomatı Gürcüstana səfərə gələcək
- 30.04.2024 [19:14]
Ermənistan prezidenti sərhədlərin delimitasiyası prosesini dəstələyib
- 30.04.2024 [19:04]
Asiya İnkişaf Bankının 57-ci illik toplantısı Tbilisidə keçiriləcək
- 30.04.2024 [18:54]
Londonda insanlara qılıncla hücum edilib: dörd yaralı, bir ölü
- 30.04.2024 [17:39]
Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 169-a çatıb
- 30.04.2024 [17:34]
Aprel ayı İstanbulda daha bir Lalə Festivalı ilə yadda qalacaq
- 30.04.2024 [16:39]