XƏZƏR NEFTİ DÜNYA EHTİYATLARININ BEŞDƏ BİRİNİ TƏŞKİL EDƏ BİLƏR
Neft hasilatı ekspertlərinin əksəriyyəti belə bir faktla razıdır ki, Yaxın Şərq ehtiyatlarının azı 10 faizi Xəzərdə toplanmışdır. Əslində, bütün ehtiyatları ümumilikdə götürdükdə, dünyanın qalan hissəsi Yaxın Şərqdə kəşf edilmiş neft ehtiyatlarının yalnız 53 faizinə malikdir. Lakin proqnozlara əsasən, dünyada neft və qazın 80 faizindən çoxu 2050-ci ilədək Fars körfəzində və Xəzər dənizində çıxarılacaqdır. Fars körfəzi və Xəzər dənizi regionları birlikdə təqribən 800 milyard barrel neft ehtiyatına malikdir. Müqayisə üçün deyək ki, Şimali və Cənubi Amerikanın və Avropanın neft ehtiyatları 160 milyard barreldən azdır.