Xəzər rayonunda 100-dək Eldar şamı ağacının kəsilməsi faktı aşkarlanıb
Bakı, 2 iyul, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Xəzər rayonunun Ramana qəsəbəsində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayəti Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları yerində araşdırıblar.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, həmin əraziyə keçirilən baxış zamanı oradakı yaşıllıq zolağının hasara alındığı və 100-dək Eldar şamı ağacının kəsildiyi aşkarlanıb.
Qanun pozucuları barədə qanunauyğun tədbirlərin görülməsi, ərazidə olan yaşıllıqların qorunması və hasarın sökülməsi üçün Sabunçu və Xəzər rayon icra hakimiyyətlərinə, Bakı Şəhər Baş Polis İdarəsinə telefonoqramlar göndərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]