Xəzər rayonunda 11 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb
Bakı, 21 fevral, AZƏRTAC
Xəzər Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat həyata keçiriblər.
Daxili İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbir zamanı qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən paytaxt sakinləri - 33 yaşlı Haqverdi Əhmədli, 35 yaşlı Mahir Əhmədov və qardaşı 26 yaşlı Elxan Əhmədov saxlanılıblar. Onlardan ümumilikdə 10 kiloqram 896 qram tərkibinə psixotrop maddələr əlavə edilən marixuana aşkarlanıb.
Saxlanılanların narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satmaq məqsədilə əldə etdikləri məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:08]
Azyaşlılar təhlükəsiz davranış qaydaları barədə maarifləndirilirlər
- 29.09.2026 [17:08]
“Səyyar Gənclər Xidməti” Salyanda
- 29.09.2026 [16:13]
Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub
- 29.09.2026 [16:12]
Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib
- 29.09.2026 [14:38]
Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid
- 29.09.2026 [14:34]